Şortik sezonu

(mini-tamaşa)

I gün.

Mama. Ayıbdır axı…

III gün.

Mama (dizlərimə baxır). Lap şorunu çıxarmısan…

V gün.

Mama. Qudurmusan?!

VII gün.

Mama. Heç olmasa bayırda ingiliscə danış, elə bilsinlər xaricisən…

IX gün.

Mən. Amerikada olanda masonlar mənə tapşırıblar ki, Bakıda şortik geyməyi təbliğ edim.
Mama (təşvişlə). De “Allah haqqı”?!