Özümüzü və Amerikanı tənqid etmək haqqında

n506c726696328Hətta Allahın mövcudluğunu inadla sorğula; çünki Allah varsa, O, idraka sitayişini daha çox təqdir edər, nəinki kor-koranə qorxunu. — Tomas Ceferson

Fransanın Azərbaycanda keçmiş səfiri Qabriel Keller vida müsahibəsində demişdi ki, özündən və dəyərlərindən əmin olan bir ölkə tənqiddən qorxmamalıdır.

Bu müsahibə çox maraqlı dövrə təsadüf edirdi – Azərbaycan hökumətinin bütün ideoloji cəbhəsi, başda AzTV olmaqla, böyük bir anti-alman və anti-qərb isteriyasında idi. Frankfurtun küçələrində fahişə və narkomanların sadə vətəndaşlara hücum etməsi, alman universitetlərinin çökməsi və Fransada liftlərin qəzalı vəziyyəti haqqında reportajlar efirdən düşmürdü.

Oxumağa davam et “Özümüzü və Amerikanı tənqid etmək haqqında”

Advertisements

Qara PR kampaniyasını necə qurmalı

Əli Kərimli

Azərbaycan müxalifətinin liderlərindən biri – Əli Kərimliyə qarşı qara PR kampaniyasının qurulmasında Azərbaycan və Ermənistan mətbuatı sanki əməkdaşlıq edir.

Qarşıdan gələn noyabr ayında Azərbaycanda növbəti parlament seçkiləridir. Uzun çəkişmələrdən sonra ölkənin son iki müxalifət partiyası bir araya gəlməyi bacararaq seçkilərdə birgə iştirak üçün axır ki, blok yarada bilib.

Əli Kərimli də bu blokun liderlərindən biridir və həm də qara PR kampaniyalarının (qarayaxmaların) hədəfi olmaq kimi Azərbaycanda qəribə rekordun sahibi sayıla bilər.

İndi də, seçkilərə bir ay qalmış, digər bir qarayaxma kampaniyasının işartılarını özünü büruzə verməyə başlayıb. Qısa desək, Əli Kərimlini xarici qüvvələrlə sövdələşməyə girib Qarabağı satmaqda günahlandırırlar – güya qarşıdan gələn seçkilərdə ona dəstək müqabilində Əli Kərimli Qarabağ məsələsində istənilən güzəştə gedəcəyini “qərb dairələrinə” vəd edib.

Yaxşı, bəs bunu necə sübut etməli və xalqı buna necə inandırmalı? Oxumağa davam et “Qara PR kampaniyasını necə qurmalı”

Taylandda analoqu olmayan etiraz aksiyası

Tayland müxalifətçiləri (AP)

Assoşieyted Pressin verdiyi məlumata görə bu günlərdə Bangkokda etiraz aksiyası keçirən 100 mindən çox müxalifət tərəfdarı öz liderlərinin çağırışından sonra təcili sürətdə qan verməyə başlayıblar. Küçələrdə qurulmuş səyyar tibb məntəqələrində yığılacaq 1 milyon kub santimetr qanı müxalifət Hökumət Evinə tökməyi planlaşdırır.

Müxalifət liderləri parlamentin buraxılmasını və yeni seçkilərin keçirilməsini tələb edirlər. Əgər onların tələbi yerinə yetirilməsə, onlar bu simvolik qan qurbanını davam etdirərək, hakim Demokrat partiyasının qərargahını və Baş Nazirin evini də qana bulayacaqları barədə xəbərdarlıq ediblər.