Müsabiqənin nəticələri

AzLogos saytının İdentifikasiya axtarışında: siyasi kimlik və milli ideya mövzusunda keçirdiyi yazı müsabiqəsi başa çatdı. Mən də münsiflər heyətinin üzvü kimi yazıların dəyərləndirilməsi prosesində iştirak etmişəm. Böyük məyusluqla qeyd etməliyəm ki, nəticələr heç də ürəkaçan deyil.

Müsabiqənin adi texniki tələblərinin qulaqardı edilməsi; günün günorta çağı törədilmiş oğurluq, yəni açıq-aşkar plagiat; məzmunsuz və pafoslu şüarçılıq – bunlar münsiflər heyətində, xüsusən də məndə böyük məyusluq hissi doğuran hallardan sadəcə bəziləridir.

Müsabiqənin yekunlarına dair yazdığım ətraflı rəyi AzLogos saytında oxuya bilərsiz.