Evsiz ol, bloqsuz olma

“Evsiz” dedikdə insan təsəvvüründə kimlər canlanır? Əyyaşlar, savadsızlar, söyüş söyən işsizlər? İqtisadi böhran səbəbindən işsiz qalıb sonra da öz evini itirən Kaliforniya sakini Brayanna Karp haqqında heç də bunları demək olmaz. Oxumağa davam et “Evsiz ol, bloqsuz olma”

Advertisements

Çin səddinin dəqiq uzunluğu

Çinin dövlət kartoqrafiya idarəsinin alimləri Böyük Çin Səddinin dəqiq uzunluğunu müəyyən ediblər. Bu rəqəm 8 min 851 kilometr və 800 metrə bərabərdir. Xəbəri RİA Novosti agentliyinə istinadən Vesti.az saytı yayıb.

Dünyanın ən böyük fortifikasiya qurğusu olan Böyük Çin Səddi 10 əyalətin 150 qəzasından keçir və onun yalnız 6260 kilometrlik hissəsi insanlar tərəfindən kərpicdən inşa edilib. Səddin 2232,5 kilometri yer səthinə çıxan dağ süxurlarından, 360 kilometri isə sadəcə su ilə doldurulmuş dərin xəndəklərdən ibarət idi. Alimlərin fikrincə səddin üçdə biri ya təbiət tərəfindən dağıdılmış, ya da yerli sakinlər tərəfindən inşaat məqsədləri ilə sökülmüşdür.