Azərbaycanda reklam biznesi (və ya bazarı)

Azərbaycanda reklam biznesi nədir, necədir və necə fəaliyyət göstərir? Bu əslində çox sadə suala cavab vermək üçün gərək GEN MMC iflas olaydı, onun rəhbəri məhkəməyə çəkiləydi, Azadlıq Radiosu prosesdən reportajlar hazırlayaydı və bütün bunlara sonda blogger Na’s Lab nöqtə qoyaydı.

Bu, normal bir  cəmiyyətdə ancaq qalmaqal ola bilərdi, amma Azərbaycanda olmadı.

Mütləq oxunmalı bir yazı!

Düpen – ədəbiyyatda ilk detektiv obrazı

Kavaler Ogüst Düpen (C. Auguste Dupin) ədəbiyyat tarixində ilk xəfiyyə (detektiv) obrazı, yazıçı Edqar Allan Ponun qəhrəmanlarından biri. Düpen obrazı yaranma tarixi baxımından hətta detektiv ifadəsini qabaqlayır. Bu obrazını yaradarkən Po məşhur fransız xəfiyyəsi, dünyada ilk detektiv agentliyinin yaradıcısı Vidokun memuarlarından bəhrələnmişdir. Oxumağa davam et “Düpen – ədəbiyyatda ilk detektiv obrazı”

“Mini yubka” geydiyi üçün öldürülüb

Frans-Press agentliyinin yaydığı xəbərə əsasən Sankt-Peterburq şəhərində yaşayan bir Azərbaycanlı immiqrant muzdlu qatillər tutaraq 21 yaşlı qızını qətl etdiyi üçün həbs olunub. Buna səbəb tibb üzrə təhsil alan qızının “mini yubkada” gəzməsi və “milli ənənələri pozması” olub.

İşlə bağlı həbs edilən digər iki Azərbaycan vətəndaşı bu ilin martın səkkizində qızı oğurlayaraq şəhər kənarına çıxarıb orada başından iki güllə vurmaqla qətlə yetirdiklərini artıq etiraf ediblər. Bu əməliyyat üçün qızın atası muzdlu qatillərə 100,000 rubl (4140 dollar) ödəyib.