Hollivud elegiyalarından bir parça. Bertold Brext

Hollivud kəndi burada yaşayan insanların
Cənnət anlayışına uyğun salınıb.
Onlar belə nəticəyə gəlib ki, Allah
Cənnət və Cəhənnəmi yaratmaq istərkən
iki məkan yaratmağı lazım bilməyib,
ancaq bir məkanla kifayətlənib – Cənnətlə. Və bu məkan
uğursuzlar, yoxsullar üçün
həm də Cəhənnəmdir.

Advertisements