Ədəbiyyat podkastı — kritikaparat

13-cü qurultay kritikaparat

Azərbaycan Yazıçılar Birliyinin nəhs gələn 13-cü qurultayı yeni nə vəd edir? Ədəbi mühitdə çoxdan gözlənilən canlanma, yoxsa yenə sürəkli, davamlı və gurultulu alqışlar?
  1. 13-cü qurultay
  2. Əzizinəm Qarabağ
  3. Klassikin ad günü

Azərbaycanın ədəbi-mədəni gündəliyi haqqında kritikaparat podkastı müxtəlif platformalarda artıq əlçatandır. Kritikaparat podkastı Azərbaycanın həm də ilk ədəbiyyat podkastıdır.

Son illərdə dünyada trendə çevrilmiş podkastlara media ekspertləri böyük gələcək vəd edirlər. Bəzi ədəbiyyat tənqidçiləri podkastların yaxın gələcəkdə ən geniş yayılmış ədəbi janrlardan biri olacağını deyir.

Biz də–yəni mən Əli Novruzov, Cavid Ramazanov və Mirmehdi Ağaoğlu, belə qərara gəldik ki, Azərbaycanda podkast işinə azca töhfə verək.

Kritikaparat podkast seriyasında ayda bir dəfə buraxacağımız epizodlarda ədəbiyyat və mədəniyyət haqqında söhbət açacağıq və ölkənin ədəbi-mədəni gündəliyini müzakirə edəcəyik.

Kritikaparat podkastının ilk epizodu Seymur Baycan haqqındadır — aprelin 22-si yazıçı və publisist Seymur Baycanın 45 yaşı tamam olur. Ədəbiyyatımızın canlı klassikini müasirlik katerindən Xəzərə atmalıyıqmı?

Xoş dinləmələr!