Hollivud elegiyalarından bir parça. Bertold Brext

Hollivud kəndi burada yaşayan insanların
Cənnət anlayışına uyğun salınıb.
Onlar belə nəticəyə gəlib ki, Allah
Cənnət və Cəhənnəmi yaratmaq istərkən
iki məkan yaratmağı lazım bilməyib,
ancaq bir məkanla kifayətlənib – Cənnətlə. Və bu məkan
uğursuzlar, yoxsullar üçün
həm də Cəhənnəmdir.

Advertisements

Bertolt Brext. Çıxış yolu.

17 iyun üsyanından sonra
Yazıçılar İttifaqının katibi
Stalin xiyabanında vərəqələr paylayırdı,
harada yazırdı ki, xalq
hökumətin etimadından məhrum olub,
və onu ancaq ikiqat əziyyətlə
geri qazana bilər. Hökumət üçün
daha rahat olmazmı,
xalqı istefaya göndərmək
və yenisini seçmək?

*tərcümə mənimdir