Müsabiqənin nəticələri

AzLogos saytının İdentifikasiya axtarışında: siyasi kimlik və milli ideya mövzusunda keçirdiyi yazı müsabiqəsi başa çatdı. Mən də münsiflər heyətinin üzvü kimi yazıların dəyərləndirilməsi prosesində iştirak etmişəm. Böyük məyusluqla qeyd etməliyəm ki, nəticələr heç də ürəkaçan deyil.

Müsabiqənin adi texniki tələblərinin qulaqardı edilməsi; günün günorta çağı törədilmiş oğurluq, yəni açıq-aşkar plagiat; məzmunsuz və pafoslu şüarçılıq – bunlar münsiflər heyətində, xüsusən də məndə böyük məyusluq hissi doğuran hallardan sadəcə bəziləridir.

Müsabiqənin yekunlarına dair yazdığım ətraflı yazını AzLogos saytında oxuya bilərsiz.

Azərbaycanlılar həqiqətənmi memuar yazmırlar?

Günel Mövludun Azərbaycanda memuar janrı haqqında fikirlərini oxuduqca qarışıq hisslər keçirməmək olmur. Bir tərəfdən, Günelin vəziyyəti dəyərləndirməsində xeyli haqlı məqamı görməmək üçün gərək açıq-aşkar kor olasan; digər tərəfdən isə “axı məsələ dolaşıqdır, bu qədər sadə deyil!” qışqırmaq istəyirsən.

Azərbaycanda xatirə ədəbiyyatı kifayət qədərdir, heç də Günelin dediyi kimi “bir neçə şəxsiyyət, bir neçə hadisə barədə tək-tük memuar” şəklində deyil. Yeri gəlmişkən, bizdə bu janrda dünya səviyyəsində ən nəfis və klassik əsəri mənim kətdim, sovet yazıçısı Süleyman Vəliyev qələmə alıb. Həmçinin Həmidə Cavanşirin və Sabir Əhmədlinin son illərdə çapdan çıxan monumental xatirələri bizdə bu janrın tərcümeyi-hal səviyyəsində qalmadığının göstəriciləri deyilmi?

Bir sözlə, Azərbaycanda memuar janrı, Günelin dediyi kimi, Rusiya və Avropa ilə müqayisədə inkişaf etməyə bilər, amma məsələ heç də gözlə göründüyü qədər sadə deyil.

Yazının davamını AzLogos saytında oxuya bilərsiz.