Tarixi saxtalaşdıranlar yenə də iş başında

Sərdar bağı
Gəncədəki Sərdar bağı

Bu gün Azadlıq Radiosunda maraqlı yazı oxudum – Gəncədəki məşhur bir bağ barədə.

Deməli, 1847-ci ildə Qafqazın canişini (sərdarı) Qraf Mixail Semyonoviç Vorontsov əmr edir ki, Gəncədə möhtəşəm bir bağ salsınlar. Vaxtında bütün cənubi Rusiyada ən gözəl bağ hesab olunan bu yeri də gəncəlilər müvafiq olaraq Sərdar bağı, ya da Rus Sərdarının bağı adlandırırlar. Allaha şükür, bağ bu gün də öz yerindədir.

Amma işi-peşəsi tarixi saxtalaşdırmaq olan bir qrup (çox təəssüf ki, məqalədə onların kim olduğu aydın göstərilmir) indi ciddi-cəhdlə insanları inandırmağa çalışır ki, həmin bağ Cavad xan tərəfindən salınıb və adı da Xan bağıdır.

Yoldaşlara kimsə başa salmalıdır ki, feodal zehniyyətli Azərbaycan xanları, o cümlədən Cavad xan heç zaman rəiyyət üçün ictimai bağ-zad saldırmazdı, uzaqbaşı hərəmxanasında bir-iki kol əkdirərdi.

Bu pivəxana millətçilərinin əlindən hara gedək?

Advertisements

Azərbaycanda reklam biznesi (və ya bazarı)

Azərbaycanda reklam biznesi nədir, necədir və necə fəaliyyət göstərir? Bu əslində çox sadə suala cavab vermək üçün gərək GEN MMC iflas olaydı, onun rəhbəri məhkəməyə çəkiləydi, Azadlıq Radiosu prosesdən reportajlar hazırlayaydı və bütün bunlara sonda blogger Na’s Lab nöqtə qoyaydı.

Bu, normal bir  cəmiyyətdə ancaq qalmaqal ola bilərdi, amma Azərbaycanda olmadı.

Mütləq oxunmalı bir yazı!