Özümüzü və Amerikanı tənqid etmək haqqında

n506c726696328Hətta Allahın mövcudluğunu inadla sorğula; çünki Allah varsa, O, idraka sitayişini daha çox təqdir edər, nəinki kor-koranə qorxunu. — Tomas Ceferson

Fransanın Azərbaycanda keçmiş səfiri Qabriel Keller vida müsahibəsində demişdi ki, özündən və dəyərlərindən əmin olan bir ölkə tənqiddən qorxmamalıdır.

Bu müsahibə çox maraqlı dövrə təsadüf edirdi – Azərbaycan hökumətinin bütün ideoloji cəbhəsi, başda AzTV olmaqla, böyük bir anti-alman və anti-qərb isteriyasında idi. Frankfurtun küçələrində fahişə və narkomanların sadə vətəndaşlara hücum etməsi, alman universitetlərinin çökməsi və Fransada liftlərin qəzalı vəziyyəti haqqında reportajlar efirdən düşmürdü.

Oxumağa davam et “Özümüzü və Amerikanı tənqid etmək haqqında”

Advertisements

Azərbaycanda hakimiyyətlərin bölünməsi

Azərbaycan Konstitusiyasının 7-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir”. Müvafiq olaraq icraedici hakimiyyət Prezidentə, qanunverici hakimiyyət Milli Məclisə və məhkəmə hakimiyyəti isə məhkəmələrə mənsubdur. Deməli bu, işin nəzəri tərəfidir.  Bəs təcrübədə Azərbaycanda hakimiyyətlərin bölünməsi prinsipi necə işləyir? Oxumağa davam et “Azərbaycanda hakimiyyətlərin bölünməsi”

Zerkalo qəzetində plagiat, birinci səhifədə

Zerkalo qəzeti Azərbaycanın son müstəqil və professional qəzetlərindən biridir. Onun redaksiyasında onlarla tanınmış və istedadlı jurnalistlər çalışır. Lakin Azərbaycan mətbuatında baş alıb gedən bir sıra mənfi hallar, o cümlədən plagiat çox təəssüf ki, Zerkalo qəzetindən də yan keçməyir. Hətta bəzən plagiatın altında tanınmış jurnalist və təhlilçilər də imza ata bilər. Oxumağa davam et “Zerkalo qəzetində plagiat, birinci səhifədə”