
Bu sual ağlımda çoxdan dolaşırdı, formulə edə bilmirdim. İndi Emin Milli və İsa Qəmbər arasında polemikanı görəndən sonra, bir xudpəsənd insan kimi vaxt-vədənin yetişdiyini duydum.
Niyə İsa bəy? Niyə Bloomberg?
2011-ci ilin fevralının söhbətidir. Ərəb inqilabından ilhamlanan müxalifət Bakıda da hökuməti devirməyə hazırlaşırdı. Facebook və icazəsiz aksiyalar vasitəsilə.
Həmin vaxt İsa bəy Bloomberg agentliyinə maraqlı bir müsahibə vermişdi. O qədər maraqlı ki, hətta Bloomberg həyəcanlanmışdı. Xəbərdə yazmışdılar ki, Misirdən ilham alam Azərbaycan müxalifəti hökumətə iki ay vaxt verdi. Bir sözlə, ultimatum.
Onda, 2011-in 16 fevralında İsa Qəmbər Bloomberg’ə demişdi – “iki aydan sonra hökumət gəlib bizə yalvaracaq ki, yeni seçkilər keçirək. Bəlkə biz onları bağışlayacağıq, amma xalq onları bağışlamayacaq.”
Çox iddialı bir bəyanat idi. Əsl isaqəmbəranə! Amma axırı nə oldu?