Ədəbiyyat podkastı — kritikaparat

Ələmdən nəşəyə kritikaparat

Ürəklərini və qələmlərini Lenin dünyasına ithaf edənləri bu gün necə oxumalı? Müstəqilliyin 30 illik məsafəsindən Azərbaycan sovet ədəbiyyatına nəzər salırıq.
  1. Ələmdən nəşəyə
  2. Hər oboya uyğun kitab
  3. Nobel prospekti

Azərbaycanın ədəbi-mədəni gündəliyi haqqında kritikaparat podkastı müxtəlif platformalarda artıq əlçatandır. Kritikaparat podkastı Azərbaycanın həm də ilk ədəbiyyat podkastıdır.

Son illərdə dünyada trendə çevrilmiş podkastlara media ekspertləri böyük gələcək vəd edirlər. Bəzi ədəbiyyat tənqidçiləri podkastların yaxın gələcəkdə ən geniş yayılmış ədəbi janrlardan biri olacağını deyir.

Biz də–yəni mən Əli Novruzov, Cavid Ramazanov və Mirmehdi Ağaoğlu, belə qərara gəldik ki, Azərbaycanda podkast işinə azca töhfə verək.

Kritikaparat podkast seriyasında ayda bir dəfə buraxacağımız epizodlarda ədəbiyyat və mədəniyyət haqqında söhbət açacağıq və ölkənin ədəbi-mədəni gündəliyini müzakirə edəcəyik.

Kritikaparat podkastının ilk epizodu Seymur Baycan haqqındadır — aprelin 22-si yazıçı və publisist Seymur Baycanın 45 yaşı tamam olur. Ədəbiyyatımızın canlı klassikini müasirlik katerindən Xəzərə atmalıyıqmı?

Xoş dinləmələr!

Telegram kanalı

Mən sosial şəbəkələrdən istifadə etmirəm, hər kiçik xəbəri və ya fikri yazmaq üçün də bloq bir az ləng mediadır. Bir xeyli götür-qoy edəndən sonra Telegram kanalı açmaq qərarına gəldim. Əsas məqsədim yeni yazılarımı və materiallarımı bölüşməkdir. Bir də bəlkə yazı üçün çox qısa olan maraqlı bir müşahidəm olsa, arada-bir bölüşə bilərəm. Amma çox yazan deyiləm, bildirişlərimlə sizi narahat etməməyə söz verirəm.

Telegram kanalımı izləsəniz, şad olaram: @anovruzov