Kino, festivallar və YouTube

Əkinçi təşəbbüsü üçün gənc film tənqidçisi və Youtube-da FilmAç kanalının müəllifi Hacı Səfərovla söhbət etmişəm. Mən bu yaxınlarda Tbilisi XX Beynəlxalq Film Festivalından, Hacı isə Batumi və Kotbus film festivallarından qayıdıb. Təəssüratlarımız bayatlaşmamış müasir kinematoqrafiyada yeni təmayüllər və mövzulardan söhbət açmışıq, həmçinin Azərbaycan kinosunun və kinotənqidinin zamanla ayaqlaşma problemlərinə toxunmuşuq.

Rəhman Bədəlovla müsahibə

Əkinçi təşəbbüsü üçün Professor Rəhman Bədəlovla bir balaca söhbət etmişik. Əkinçi formatın imkan verdiyi qədər həmin söhbətdən bəzi maraqlı hissələri bölüşür.

Rəhman müəllimlə çox məsələlərdən danışdıq, çox mövzulara toxunduq, amma nə mən adətən intervyu götürən rolunda çıxış etməmişəm, Rəhman müəllim də bir az qəliz danışır, ona görə tamaşaçıların anlayışına sığınıram.

Dəyişən dünyada ədəbiyyat — VİDEO

Dəyişən dünya çox klişe ifadədir. İndi ağıllı telefonlara hər dəfə yeni funksiya gələndə bütün ekspertlər bir ağızdan dünyanın dəyişdiyini, dəyişən dünyada yaşadığımızı deyir. Amma son onilliklərdə informasiya texnologiyalarında baş verən inqilab bizim kağız təməllər üzərində qurulan mədəni dünyamızı həqiqətən alt-üst edir və bu dəyişikliklər bədii ədəbiyyata da təsirsiz ötüşə bilməz.

Əkinçi təşəbbüsü üçün oktyabrın 16-da verdiyim bu yarımsaatlıq təqdimatda dəyişən dünyada dəyişən bədii ədəbiyyat haqqında öz fikirlərimi bölüşmüşəm.