Yayı olmayan il

COVID-19 pandemiyasından çıxarılacaq ən böyük dərs, məncə, insanların həm fiziki, həm də cəmiyyət səviyyəsində mövcudluqlarının necə kövrək olması faktının dərkindən ibarətdir.

Koronavirus ilinin yekunları haqqında yazım AzLogos-da.

Şəkil: J.M.W. Turner, Study of Sky (1816-1818)

Arzu Qeybullanın balaca dəcəlliyi haqqında

Tanınmış jurnalist Arzu Qeybulla mənim ona yazdığım bir məktubun screenshot-unu “nifrət nitqi” adı altında öz Facebook hesabında paylaşıb.

Problem məktub deyil. Məktubda qeyri-etik heç nə yoxdur, hətta nifrət də yoxdur. Bəlkə bir az şəxsi məyusluq var. Mədəni şəkildə Arzuya yazmışam ki, dostluğumuzu pozulmuş saysın. İstəyənlər Arzunun Facebook səhifəsinə girib “… biz necə nifrət edirik (yenilənir)” adlı albomda həmin məktubu oxuya bilərlər.

Problem odur ki, tanınmış jurnalist, kibertəhlükəsizlik və onlayn qısnama haqqında cild-cild yazılar yazan Arzu Qeybulla məktubun screenshot-unu paylaşanda mənim e-mail ünvanımı doxxing edib. Kibertəhlükəsizliklə məşğul olanlar doxxing praktikasının nə qədər qeyri-etik olmasını çox yaxşı bilirlər.

Onlayn qısnama kampaniyasına məruz qaldığını göstərmək üçün sübut-dəlil təqdim edən Arzu Qeybulla görünür ki, bunu yaxşı bilmirmiş (?!) – kiminsə iradından sonra bilib. Ona görə də məktubu silib, ikinci dəfə təzədən yükləyib, bu dəfə e-mail ünvanımı gizlətməklə.

Əslində, bütün bu texniki xırdalıqlar məni qətiyyən narahat eləmir.

Məni narahat edən artıq keçmiş dostum Arzunun riyakarlığıdır.

Mənim yazdığım məktuba Arzu hələ o vaxt cavab yazıb və yazışmada hər hansı nifrət və ya nifrət nitqi insinuasiyası qətiyyən olmayıb.

Əgər bu məktub nifrət nitqi idisə, niyə Arzu mədəni şəkildə yazışma aparsın mənimlə? Əgər nifrət nitqi deyilsə, o məlum Facebook albomunda nə gəzir?

Deməli mənim bilmədiyim başqa şeylər də var. Təəssüf edirəm.

Sonda isə həmin yazışmadan Arzunun mənə cavabını verirəm, doxxing etmədən.

Elman dayının xatirəsinə

Bakının mədəni həyatını onsuz təsəvvür edə bilmədiyimiz Elman dayı artıq bir ildir ki, aramızda yoxdur. Elman dayının İçərişəhərdəki kiçik dükanının dar qapısı vaxtilə mənim kimi minlərlə gənci Kitab Dünyasına aparan yolun başlanğıcı olmuşdu. Həzrəti İsanın dağüstü və’zində dediyi kimi, dar qapılardan keçin, çünki məhvə aparan darvazalar və yollar geniş olur və bir çoxları onlardan keçir.

Bu yazı Elman dayıya sonsuz təşəkkür borcumun heç cüz’i bir hissəsi də deyil.

Foto: adalet.az

Bunyuelin filmi haqqında

“Quyu” jurnalının yeddinci (“Kino”) sayında rejissor Luis Bunyuelin xatirələrindən kiçik bir hissə mənim tərcüməmdə nəşr olunub. Bunyuel özünün “Unudulanlar” filmini çəkdikdən sonra ona qarşı millətçi və solçu çevrələrdən gələn təzyiqlərin zamanla necə dəyişməsi haqqında ətraflı danışır.

Fevralın 15-i axşam saat 7-də “İçərişəhər” kitab kafesində jurnalın yeni nömrəsinin təqdimatı olacaq. Kino həvəskarları buyurub gələ bilər.