Fransız dilindən tərcümə
Sənin üçün, sevgilim
Getdim quş bazarına,
sənə quş aldım,
sevgilim.
Getdim gül bazarına,
sənə gül aldım,
sevgilim.
Getdim dəmir bazarına,
qandal aldım,
ağır qandal,
sənin üçün,
sevgilim.
Getdim qul bazarına,
səni axtardım,
amma tapmadım,
mənim sevgilim.
***
Səhər yeməyi
Qəhvə süzdü
fincana
Südü tökdü
qəhvəyə
Şəkər qatdı
südlü qəhvəyə
Qarışdırdı
kiçik qaşıqla
İçdi südlü qəhvəni
Qoydu yerə fincanı
Mənimlə danışmadan
Yandırdı
bir siqaret
Üfürdü
tüstüsünü
Külü çırpdı
küldana
Mənimlə danışmadan.
Mənə baxmadan.
Ayağa qalxdı
Qoydu
papağını başına
Geydi
plaşını əyninə
Çünki yağış yağırdı
Və getdi
Yağışda
Bir söz demədən
Mənə baxmadan
Və mən başımı
aldım ovcuma
Və tökdüm
göz yaşımı.
Reblogged this on Günel Fərhadqızı Emin (Antimental).
Qan Tural fransızca bilmir axı, bəs onda necə tərcümə edib? Əlbəttə, mən tərcümə etmişəm, hələ 2015-də :)
qardash salam bu seri eynen tercume ile Qan Tural oz face sehifeinde paylamishdi. bilmedim siz indan o siden goturub amma siz ondan once yayimladiginiza gore yeqin edirem ki siz tercume etmisiz. bu arada bloqinizi beyenerek oxuyuram ve yaxsi tenqidi yazilarini var
Mən də sizə təşəkkür edirəm, oxuduğunuz və bəyəndiyiniz üçün, Həcər xanım. Var olasız.
Bloqunuzu yeni kəşf etməyimə baxmayaraq tərcümələrinizi demək olar çoxusunu artıq oxumuşam.Təşəkkürümü bildirmədən keçə bilməzdim.