Umberto Ekonun “Əxlaq haqqında beş yazı” kitabına daxil olan “Əbədi faşizm” essesi ilk dəfə 1995-ci ilin 25 aprelində Nyu-Yorkun Kolumbiya universitetində bir simpoziumda hesabat xarakterli çıxış kimi yaranıb. Daha sonra esse New York Review of Books və İtaliyanın La Rivista dei Libri məcmuələrində dərc edilib.
Faşizm 1945-ci ildə öldürücü məğlubiyyətə uğrasa da, Eko dediyi kimi hər an təğyiri-libas olub qayıda bilər. Bu gün Avropa və Amerikanın ən inkişaf etmiş cəmiyyətlərindən Asiya və Afrikanın ən yoxsul cəmiyyətlərinə kimi, istər xristian, istər müsəlman, istərsə də digər – hətta yəhudi (sic!) dini dəyərlərin mühitində, ateist çevrələrdə, mədəni və ya mədəniyyətdən yoxsul insanlar arasında zaman-zaman baş qaldıra bilir. Azərbaycan da insanlığı qaranlıq gələcəyə sürükləmək istəyən bu fenomendən immun deyil.
Ekonun sözügedən essesini həm daimi aktuallığı və polemikasının gücünə, həm də ədəbi-bədii gözəlliklərinə görə tərcümə etmək qərarına gəlmişəm. Esse bu ilin may ayında iki hissədə Kulis.az İnternet jurnalında çap olunub. Essenin tam mətnini zəruri qeydlər ilə birlikdə aşağıdakı linkdən endirə bilərsiniz.
Oxuyun və oxutdurun!