Bu yaxınlarda xanım yazarlarımızdan birinin cilalı kağıza olan sevgisini qeyd etmişdim, amma alatorançı Günel Mövludun cilalı kağıza sevgisi sən demə daha hədsiz imiş.
Hətta o dərəcədə ki, Günel xanım 31 şeir və 3 məqalənin yer aldığı 106 səhifəlik “Axşamçağına cavab” kitabını başdan ayağa “qlyantsevıy” kağızda çap edib.
YerAltı nəşriyyatının buraxdığı kitabda “anderqraundun” heç izi-tozu da yoxdur. Seymur Baycanın ön sözü, Gündüz Ağayevin üz qabığı, Abbas Atilayın fotoları da kitabı xilas edə bilməyib. Hətta kitab Günel Mövludun şeirlər kitabından daha çox Abbas Atilayın şəkillər kitabı kimi yadda qalır. Kitabı əlinə alan yoldaşlar Günelin şeirlərindən daha çox Abbasın fotolarından təsirlənirlər.
Kifayət qədər baha qiymətə, yeni ədəbiyyata iddiası olan kitab bizi yaxşı mənada heç təəccübləndirmir. Şrift və tərtibatın bərbadlığı bir yana, şeirlər özləri yenilikçi insanı məyus edir.
Kitabdakı şeirlərin əksəriyyəti köhnə şeirlərdir. Yeni şeirlərin isə daha fundamental problemi var. Günel xanım ilin, günün bu çağında, o boyda Alatoran inqilabından sonra yenidən klassik formaya – qoşma-gəraylı janrına qayıdıb. Şeirləri oxuduqca qarşımızda Borçalı elindən yenicə gəlmiş, əlində telli saz xanım aşıq canlanır – özü də sanki hansısa eloğlunun kiçik oğlunun kiçik toyunda.
Biz elə bilirdik ki, Günel Mövlud Tbilisiyə, azad Gürcüstanın modernist, demokratik mühitinə köçüb, sən demə, Günel xanım Borçalı elinə, Tiflis aşıqlarının yaradıcı abu-havasına ezamiyyətə gedibmiş.
Seymur Baycanın son iki kitabı normaldır, məncə hətta çox yaxşıdır. Rasim Qaraca da bu yaxınlarda gözəl bir roman buraxıb. Əli Əkbər isə Almaniyada yeni kitabını nəşr etdirir. Ona görə də “AYO-nun qurtardığını” iddia etməyə gəlin hələ tələsməyək :))
Günel xanımın kitabı ayo-nun “qurtardığını” göstərir. Yalançının şahidi yanında olar deyiblər, Seymur bəy,Gündüz bəy və Atillayın da ondan geri qalan tərəfi yoxdu öz sənətlərində. Seymur bəyin son iki kitabını misaldı buna.
Gözəl yazıdı, əllərinizə sağlıq, müşahidələrinizə qatılıram.
Kitabı görməmişəm, təəssüf ki, son dövr yerli yazarların bir neçə əsərini oxuduqdan sonra, Azərbaycan müəlliflərinin və Azərbaycan dilinə tərcümə olunmuş kitabların düzüldüyü rəflərin yanından düz keçirəm. Bu məqaləni oxuyanda üzümdə təbəssüm yarandı. Necə deyərlər, “”yəxəb-sürümüsünüz” :))) bəlkə də, Günel Mövludu sevmirəm, ona görə bu qədər ləzzət etdi mənə :)))