Əşyaların tarixi: AFU-dakı köhnə siçan

mouse1
AFU-dakı köhnə siçan

Və ya Ruslan Əsədin İctimai Fəallıq Muzeyi üçün eksponat

Bu siçan mənim aktiv İnternet istifadəçisi olduğum andan sahib olduğum ikinci ya üçüncü siçandır. Təxminən 2008-ci ildə almışam. İlk bloq yazılarımı yazarkən həm də bu siçandan istifadə etmişəm.

2009-cu ilin sonunda ABŞ-ın Respublikaçılar İnstitutu Azərbaycandan gedəcəyini elan edəndə öz əşyalarını müxtəlif gənclər təşkilatlarına hədiyyə etmək qərarı verdilər. O əşyalardan AFU-ya bir kompyuter də düşmüşdü. AFU isə fəaliyyətini təzə başlamışdı, onda pəncərələrdən pərdə yerinə iri parçalar asırdıq, kondisionerlər çox zəif olduğundan zal yayda isti, qışda isə soyuq olurdu. Və təbii ki, kompyuterimiz yox idi.

Kompyuteri AFU-da gətirib quraşdıranda gördük ki, siçanı yoxdur. Onda mən evdən həmin bu siçanı gətirib AFU-dakı kompyuterə qoşdum. Özümə isə səhərisi gün yeni siçan aldım. O aldığım siçan çoxdan ölüb və 2009-cu ildən ən azı 5-10 siçan dəyişmişəm. Amma BU siçan hələ də AFU-dadır və sədaqətlə xidmət göstərir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma