
Mühacirətə gedənlər, getmək istəyənlər, gedib qayıdanlar, getməyi pisləyənlər və sairlər haqqında adətən heç nə demirəm – nə pis, nə də yaxşı.
Mənim inandığım dünyada hər kəs istədiyi vaxt çemodanını yığıb istədiyi ölkəyə köçə bilməlidir. Harada sənə yaxşıdırsa, vətən də oradadır. Bilirəm ki, bir az qeyri-patriotik səsləndi, amma millətçilərə reverans üçün deyim – bu, elə əsl köçəri türk məntiqidir. Köhnə yurddan xoşun gəlmədi, alaçığını yığ, çıx atın belinə, təzə yurda köç.
Amma bu yaxınlarda eşitdiyim bir xəbər məndə əsl “what the fuck?” reaksiyası yaratdı – Vahid Qazi şələ-küləsini yığıb İsveçə köçüb. Siyasi sığınacaq alıb.
Əslində Vahid Qazi haqqında da bir şey deməyəcəkdim, əgər bu günlərdə Facebook’da onun “Qərb ölüb” tipində şərhini görməsə idim.
Vahid Qazi kimdir? Deyilənə görə, vaxtilə vətəndaş cəmiyyətində xeyli aktiv olub. Yaxşı təşkilatı, yaxşı qrantları olub. III sektor tipli jurnallar buraxıb. Elə buna görə də bahalı, babat bir maşın da sürüb – dostların dediyinə görə X-trail. Hərçənd mənim maşından başım çıxmır, səhv edə bilərəm. Köhnə iş yerimdə rəhmətlik sürücümüz Kəmaləddin müəllim məni maşına siqnalla çağırardı – iki il Azərbaycanı qarış-qarış gəzdiyim maşını küçədə tanıya bilmirdim.
Çox təəssüf ki, mən ictimai işlərə gələndə Vahid Qazinin vurub-yıxan vaxtına çatmadım. Artıq “bizim Qarabağ boyda dərdimiz var” mərhələsində idi. Hətta o dərəcədə ki, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin məcmuələrində çap olunurdu. Zarafat deyil ha! Prezident aparatı hər adamı belə məcmuələrdə çap eləməz.
Və birdən xəbər çıxdı ki, Vahid Qazi İsveçdən siyasi sığınacaq alıb. What the fuck? Bu xəbər çıxanda Vahid Qazi ictimaiyyətə qəzəbli məktub da yazdı. Məğzi də bu idi ki, əcəb eləmişəm. Nə deyirəm, əcəb eləyib.
Amma Vahid bəyin dostlarından, yoldaşlarından, onunla əlbir olanlardan bir xahişim var – ona desinlər ki, heç olmasa “Qərb ölüb” filan deməsin. Hər gün üstündə gəzdiyi İsveç torpağından ayıbdır.
aaa… bilmirdiz ki, dövlət bəyin ölüsü də gözəldir ? :)
çox sağ ol, indi oxudum =))
Bu yazısını da oxumusan? :)) http://publika.az/index.php?action=static_detail&static_id=21859
What the fuck?
Yes, what the fuck?