
Bu günlərdə gənc yazar Qan Turalı yeni kitabını nəşr edib – esselər toplusu olan “Polis qorxusu ilə öpüşmək”. Sözün düzü kitabı bir oturuma oxudum, çox səlis və axıcı dili var. Rahatluqum kimi gedir.
Amma yeni və orijinal bir şey gözləntisi ilə Qan Turalının yeni kitabını əlinə alan oxucu tam fərqli mənzərə ilə qarşılaşacaq – türk köşə yazarlarının ortabab kalkası. Mövzu isə qədimdən də qədimdir – Mesopatamiyadan dövrümüzə qədər bütün şair və şeirqoşanların, yazıçıların və qrafomanların girib çıxdığı kol – Eşq.
Yəni Qan Turalı orijinal ola bilməyib.
Kitabın quruluşu və qismən solçu tematikası bizə Məmməd Süleymanovun “Çe Gevaranın son sirri” kitabını da xatırladır. Həm Turalın, həm də Məmməd Süleymanovun ayrı-ayrı vaxtlarda yazdıqları esselər tematik başlıqlar altında qruplaşdırılıb və kitab halına salınıb.
Lakin arada bir vacib fərq var. Məmməd Süleymanovun kitabı rus dilinin strukturu və ruhunda, lakin azərbaycanca yazılmış qəliz cümlələrdən ibarət olub Kanadadan Yuqoslaviyaya, Monqolustandan Vyetnama kimi tarixin az qala bütün gəlib-keşmiş marksistlərindən sitatlarla doludur. Qan Turalının kitabı isə türk dilinin strukturu və ruhunda, lakin azərbaycanca yazılmış bəsit cümlələrdən ibarət olub saysız-hesabsız türk köşə yazarları, incəsənət-mədəniyyət xadimləri, müğənnilərindən sitatlarla aşıb-daşır.
Bir sözlə, Qan Turalı bayağıdır.
Qan Turalının yazdığı cümlələrdən axıb gələn fəlsəfəyə gəldikdə isə əminliklə demək olar ki, bu fəlsəfə orta statistik islehlakçıya ünvanlanıb və bir növ Azərbaycan oxucusuna artıq tanış gələcək. Çünki, Qan Turalının yazdıqları əsl Paolo Koelyo üslubundadır. Cümlələr səlis və axıcı, üslub daranmış və tumarlanmış, fəlsəfə dişlənmiş, çeynənilmiş və udulmağa hazır.
Daha dəqiq desək, “Polis qorxusu ilə öpüşmək” – yarım-yapalaq sol dünyagörüşü ilə Koelyonun sintezindən yaranmış bayağı bir kitabdır.
Qan Turalı isə sanki Azərbaycanın Paolo Koelyosudur – və ya Azərbaycanın Paolo Koelyoya cavabı. Ancaq bir məqam var – Tural da Azərbaycanda Koelyo kimi bestseller ola biləcəkmi?
Koelyo ile Turalin muqayisesi bir azca çiydir,size ele gelmirmi,Ali bey? Meselen, rahat oxunaqliliq baximindan 2 muellifi oxshar saya bilerikse de,movzu ve dashidigi mesaj baximindan bu 2 yaziçi tam ferqlidir.Tural mushahide etdiklerini bolushen bir tehkiyyeçidirse,Koelyo insani her hansi bir addima sesleyen,hetta ona yollar cizan bir cagirishçidir. Tural sitatlari xatireler kimi bolushur,Koelyo ise pafoslu,qelbleri silkelemeye tushlanmish frazalar,mesellerle çixidh edib,sanki bir missioner roluna girir.
və nəhayət, Qanturalını oxuyanda insandan Qanturalının cavanlıqda seks sarıdan karrıq çəkdiyi təəssüratı yaranır insanda, ya da, ola bilsin ki, Qanturalı kitablarını ancaq seksdən yazmaqla sata biləcəyindən agahdır :) heyf…
məncə Qanturalıya onu Koelyo ilə müqayisə etməklə iltifat edirsiz… heç olmazsa, Koelyonun əsərlərinin süjeti olur :)
sravnil xuy s palcem! qan turali kimdi? ne vaxtdan yazici oldu o?