İsa Qəmbər Bloomberg’ə nə demişdi?

İsa Qəmbər

Bu sual ağlımda çoxdan dolaşırdı, formulə edə bilmirdim. İndi Emin Milli və İsa Qəmbər arasında polemikanı görəndən sonra, bir xudpəsənd insan kimi vaxt-vədənin yetişdiyini duydum.

Niyə İsa bəy? Niyə Bloomberg?

2011-ci ilin fevralının söhbətidir. Ərəb inqilabından ilhamlanan müxalifət Bakıda da hökuməti devirməyə hazırlaşırdı. Facebook və icazəsiz aksiyalar vasitəsilə.

Həmin vaxt İsa bəy Bloomberg agentliyinə maraqlı bir müsahibə vermişdi. O qədər maraqlı ki, hətta Bloomberg həyəcanlanmışdı. Xəbərdə yazmışdılar ki, Misirdən ilham alam Azərbaycan müxalifəti hökumətə iki ay vaxt verdi. Bir sözlə, ultimatum.

Onda, 2011-in 16 fevralında İsa Qəmbər Bloomberg’ə demişdi“iki aydan sonra hökumət gəlib bizə yalvaracaq ki, yeni seçkilər keçirək. Bəlkə biz onları bağışlayacağıq, amma xalq onları bağışlamayacaq.”

Çox iddialı bir bəyanat idi. Əsl isaqəmbəranə! Amma axırı nə oldu?

Azərbaycanda “ərəb baharı” söhbətlərinin necə bitdiyini yazmağa ehtiyac yoxdur, hadisələr o qədər yaxındır ki, hamının gözü qarşısında baş verib.

Ancaq bir şeyi qeyd edək – iki ay sonra hökumət heç kimə yalvarmadı, nə müxalifətə, nə də biz bədbəxt xalqa.

İş onunla bitdi ki, İsa Qəmbərin rəhbərlik etdiyi qocaman Müsavat partiyasının ikinci şəxsi, “ərəb baharına” görə həbsdə yatan Arif Hacılı Prezidentə məktub yazıb “ermənilərlə məhdudlaşmayan bədnam qonşularımızın” Avroviziyadakı uğurlarımıza ləkə yaxdığını və bu çirkin kampaniyada onların adından istifadə etdiyini bildirdi. Və xahiş etdi ki, “ərəb baharına” görə həbs olunmuş siyasi məhbusları bağışlasın – özündən başqa.

İlham Əliyevsə yaxşı oğlan çıxdı, hamısını bağışladı.

Bəs görəsən xalq bağışlayacaqmı?

İsa Qəmbər Bloomberg’ə nə demişdi?” üçün 3 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma