
Deyirlər ki, Ağalar Məmmədov İsveçdən sığınacaq istəyib. Xəbər nə qədər doğrudur, bilmirəm.
Xəbəri ifadə azadlığına patoloji nifrətlə öz oxucularına çatdıran Yeni Xürafat qəzeti belə bir cümlə ilə məqaləyə yekun vurub:
“Belə görünür, din əleyhinə çıxışlar etmək onun İsveçə mühacirəti üçün lazım olub.”
Bunu təkcə Yeni Xürafat yazmayıb. Artıq bir xeyli dindar, islamçı, şəriətçi də Facebook-da tutuquşu kimi bunu təkrarlamağa başlayıb.
Fikirləşirəm ki, nə qədər əxlaqsız olmaq lazımdır. Adama qarşı gecə gündüz nifrət körükləyəsən, ölümlə təhdid edəsən, təqiblərin əlindən adam evdən bayıra çıxa bilməsin, tədbirlərə gedə bilməsin, ya da getdiyi tədbirlərdə üstünə hücum edəsən. Axırda da adam bu vəziyyətdən bir çıxış yolu tapanda, deyəsən – o özü belə edirdi ki, xaricə qaçsın.
Bəs o zaman siz niyə onu təqib edirdiniz, öldürmək istəyirdiniz, cənablar? Siz də onu xaricə qaçırtmaq istəyirdiniz?
Əslində hadisələr tərsəmayallıq inkişaf edib.
Gərək Ağalar Məmmədovu Rafiq Tağı kimi öldürərdilər. Qaranlıq podyezddə, işdən qayıdanda. Ya da lap yaxşı olardı ki, Xəzər Universitetinin qapısı ağzında, dərsə gələndə, elə öz tələbəsi bıçağı ürəyinə soxardı. Sonrası da məlum məsələ.
Çingiz Sultansoy deyərdi ki, Ağalar tənqid etmirdi, provokasiya edirdi.
Hacı İlqar gənc tələbənin hüquqlarının müdafiəsi komitəsi qurardı və deyərdi, humanizm adı altında mənəvi terroru durdurun!
Onda Yeni Xürafat da manşetə çıxarardı: “İslamı təhqir edən filosof şoşkalandı!”
İctimai Palata isə… hmm, İctimai Palata.
P.S. Bax bu linkdə isə Hicab və Hicab Məhbuslarının hüquqlarının Müdafiə Komitəsinin Ağalar haqqında yazısını oxuya bilərsiniz. Bu insanlar sonra necə hicabı müdafiə edəndə utanmadan, qızarmadan demokratik dəyərlərə, insan hüquqlarına apelyasiya edirlər?
Agalar Məmmədova mürtəd deyən Kənan kimilərə cavab:
1)Mürtəd o kəslərdirki dini yayır və ölkəni zülmət bataqlıgına sürükləyir.
2) Mürtəd o kəslərdirki ölümdən sonra həyatın olmasını təstiq etməklə tibb elminin inkişafına mane olurlar.
3) Mürtəd o kəslərdirki məktəbdədə dini dərslər kecilməsini istəyirlər.
4) Mürtəd o kəslərdirki bizi feodal dövlətinə cevurməklə, elmi məhv etməklə insanları itaətkar heyvana döndərmək istəyirlər.
5) Mürtəd o kəslərdirki təkamül nəzəriyyəsini inkar edib, əvəzinə hec bir elmiliyi olmayan əfsanəvi nagıllarla insanların başını xarab edirlər.
Ali S Novruzov cox dogru xatırtlatmısız yazmısız.bunları.
Bu mürtəd sözündən başqa hec nə bilməyən zehni qara üzü qara qaragurhcuların əlindən bizdə bir dənədə agıllı adam qalmyacaq. Atalar deyib el ücün aglayanın gözü kor olar. Məndə əlavə edirəm korlar ücün aglayanın gözünü cıxararlarki qoy oda kor olsun.
Bu mürtəd sözündən başqa hec nə bilməyən zehni qara üzü qara qaragurhcuların əlindən bizdə bir dənədə agıllı adam qalmyacaq. Atalar deyib el ücün aglayanın gözü kor olar. Məndə əlavə edirəm korlar ücün aglayanın gözünü cıxararlarki qoy oda kor olsun.
Ey musavat, Agalar kimi düşünə bilən alimə mürtəd deyən <> məqaləsini yazan
Kənan kimi əsil mürtədləri özünüzdən xaric etməsəniz
xalq sizi sevməyəcək.
ele cox kederlendim ki onun azerbaycandan getmesine…
hetta onu tez-tez gormek ucun xezer universitenine daxil olmaq isteyirdim
ikincisi o bir isiq idi, biz ise kor insanlar.
Bu xəstə məntiqli bədbəxtlər elə düşünürlər ki, islam tənqid olunmasa problem qalmayacaq və hamı islamin mükəmməl olduğunu görəcək. bu dözümsüzlüyün səbəbi budur ki, islam doqmadı. Onu tənqid etmək olmaz. hətta tənqid olunması təklif belə edilə bilməz. Dogrudan da allah varsa qoy özü cəzalandırsın Agaları. Sizə nə olub? Bu bədbəxtlər olmasa allahın qüdrətini kim təmin edəcək?
Rafiq Tağı qətlə yetiriləndə Zamin Hacı belə bir yazı yazmışdı:
“Təbiətdə albinos canlılar var, məsələn, qara qarğaların dəstəsində ağ qarğa, ağ qoyunların sürüsündə qara qoyun kimi. Bilmirəm bu nə dərəcədə elmi əsaslara malikdir, ancaq eşitdiyimə görə qara qarğalar dəstədə peyda olan ağ qarğanı heç sevməzlər, onu dimdikləyib öldürməyə, öz aralarından qovmağa çalışarlar. Rafiq Tağı bizim cəmiyyətin simvolik ağ qarğası idi. Bizim qarıltımız arasında onun qarıldaması fərqlənirdi, o üzdən bədəninə 7 bıçaq vurub o dünyaya yola saldılar. İndi rahatlıqla, qara xorda istədiyimiz kimi qarıldaya bilərik. Üstəlik, iqlim şəraiti də yaranıb – qar yağır.”
http://www.musavat.com/new/yazar/112837-A%C4%9E_QAR%C4%9EA
Ağalar müəllim mənə dərs demiş bir insandır. Özü də İslam fəlsəfəsi tarixindən Türkiyədən gəlmiş Professor Ahmed Arslanla birlikdə paralel dərs aparırdı. Olduqca sakit təbiətli biridir. Hələ bir neçə tədbirə də dəvət edib. Dini fikirləri kənara qoysaq İslamı və Şərqi onun kimi biləcək heç dindarların arasında da yoxdur. Adam öz ixtisasının bilicisidir…