Əli Əkbərin “Sarı gəlini” haqqında

"Sarı gəlin" (Apostrof, 2011)

“Siz rusdillisiniz də, yox?” – Laləzar öz qurbanını qətlə yetirməmişdən əvvəl (“Sarı gəlin”)

Bəlkə rusdillisiniz siz, o səbəbdən belə? – ANS-in efirində Rövşanə Bektaşi Əli Əkbərə müraciətlə

İlk səhifələrdən məlumatlı oxucu qımışır. Çünki qarşısında tanış yazarın, tanış dəsti-xəttini görür. Müəllifin səlis və axıcı dili, zəngin bədii mətni, təhkiyəsi, ironiyası, sinizmi, incə yumoru, öldürücü sarkazmı, epatajı – oxucu bunları artıq görüb. Həmin an bizim hipotetik oxucunun gözləntilərini təsvir etmək də çətin deyil – o, maksimum yeni “Amneziya”, minimum “Tanrıların qürubu” ilə rastlaşacağını düşünür.

Bizim oxucu Əli Əkbərin yeni kitabını – “Sarı gəlin” romanını oxuyur (Apostrof, 2011).

Mövzu özü də Əli Əkbər haqqında populyar stereotiplərə cavab verir. Yeniyetmə qızın cinsi yetkinliyə çatması səhnəsi zərgər, bəlkə də cərrah dəqiqliyi ilə təsvir olunur, həmin məsum qızın ilk sevgisi və dünyalar görmüş cavan oğlanı ovsunlaması əsərə romantik abı-hava gətirir.

Və burada müəllif bəlkə də kitabın ən möhtəşəm priyomlarından birinə əl atır – iki sevgili Teleqüllə tərəfdə dayanıb “Əhmədlinin sayrışan işıqlarına” baxırlar.

Əgər Azərbaycan ədəbiyyatı ingilis ya fransız ədəbiyyatı səviyyəsində, ədəbi mühitimiz isə kifayət qədər inkişaf etmiş olsa idi, Əli Əkbərin bu priyomu bütöv bir ədəbi epoxanı dərhal bitirərdi. Çünki “Əhmədlinin sayrışan işıqları” ifadəsi bizim ədəbiyyatın bütün romantikasını məhv edəcək gücdə “nüvə başlığı”na bənzəyir.

Əli Əkbərin bu cümləsindən sonra kiminsə sevgi, xəyanət, hicran, həsrət, ayrılıq haqqında romantik, pessimist, ürək ağladan mətnlər yazması – “Don Kixot”dan sonra cəngavər romanları, ya da Kafkanın “Çevrilməsi”ndən sonra uzun-uzadı təsvirlərin yazılmasına bərabər olardı.

Təəssüf ki, oxumayan Azərbaycan cəmiyyətində bunlar baş verməyəcək, bəlkə də Əli Əkbər kitabının ancaq birinci nəşrini sata biləcək, ancaq “Əhmədlinin sayrışan işıqları” Seymur Baycanın “ciddiyəm, kədərliyəm, yalanı sevmirəm, xəyanəti bağışlamıram, ən yaxın rəfiqəm anamdır” formulu kimi müasir Azərbaycan ədəbiyyatının açar sözləri sırasına əbədi olaraq daxil olacaq.

“Əhmədlinin sayrışan işıqları” həm də bizim hipotetik oxucunun qımışacağı son yer olacaq.

* * *

Məsum qızcığaz Səidənin zorlanması səhnəsi ilə “Sarı gəlin” keyfiyyətcə dəyişir. Müəllif həddən artıq ciddiləşir və qəddar olur – o, əvvəl də qəddar idi, məsələn, elə “Tanrıların qürubunda”kı öldürücü sarkazm kifayət qədər sərtdir. Lakin biz ilk dəfədir ki, Əli Əkbərin sözün orijinal mənasında terrora əl atmasının şahidi oluruq.

Əli Əkbər oxucunu iliyinə qədər qorxudur, şoka salır. Qarışıq hisslər keçirməyə vadar edir. Əsər boyu müəllif öz obrazlarını bir-birindən dəhşətli çıxılmaz vəziyyətlərə salır və oxucularını bu obrazların faciəsinə acizliklə tamaşa etməyə məcbur edir. Həm məsum Səidənin zorlanması səhnəsi, həm onun nişanlısı Riyadın taleyi, həm də rusdilli mitinq iştirakçısının vəhşicəsinə qətlə yetirilməsi – “Sarı gəlin”in oxucusunu əndişəyə salır.

Sanki, müəllif onu öz tövsiyə və məsləhətləri ilə bezdirən, səhv yolda olduğunu başa salmağa çalışan oxucularına (“dahilərə”) deyir: “Buyurun, möhtərəm oxucular, öz yerinizi bilin, gücsüzlüyünüzün şahidi olun, kimin söz sahibi olduğunu açıq-aşkar görün, iddialarınızdan əl çəkin.” Sözün hər mənasında nəinki obrazlar, hətta oxucular da yazıçının qəddarlığı qarşısında aciz qalır.

Bu qəddarlığın apogeyi sözsüz ki, toy səhnəsidir. Toy səhnəsi həm də yazıçının cəmiyyətimizin aqibəti haqqında pessimistik peyğəmbərliyidir. Bu toy – Azərbaycanda baş alıb gedən “milli-mənəvi dəyərlər” orgiyası, ura-patriotizm, konservativ-tradisionalist propaqanda mühitində yetişən qaragüruhun yenilikçi qüvvələr üzərində tutacağı toydur. Buna şübhəniz olmasın.

Toyun ən qızğın yerində Professor Rəhman Bədəlova istiqamətlənən güllələr isə son dövrlər cəmiyyətdə baş verən daha bir ağrılı prosesin təsvirinə bənzəyir. Bu, müasir azərbaycanlıların, xüsusən də bir çox “oxumuş”, lakin müxtəlif dini görüşlərin təsiri altında olan gənclərimizin öz maarifçilərinə xəyanətidir. O maarifçilər ki, Azərbaycan xalqının bugünkü nailiyyətləri, sivil dünyanın tərkib hissəsinə iddialı olması, Əfqanıstan, İran və ya Səudiyyədən fərqlənməsinin əsas səbəbkarıdırlar. Əsərdəki Rəhman Bədəlov da Azərbaycan maarifçiliyinin ümumiləşdirilmiş obrazıdır.

* * *

Və sonda, belə görünür ki, Əli Əkbər Azərbaycanın gələcəyindən bərk narahatdır. “Sarı gəlin” romanı da həmin narahatçılığın ifadəsidir. Əgər bir öncəki romanı “Amneziya”da müəllif optimist idisə, “Sarı Gəlin”də bu optimizmdən zərrə qədər də qalmadığının şahidi oluruq.

“Amneziya”da yazıçı Azərbaycanın bir gün qura biləcəyi demokratik cəmiyyəti elə gözəl təsvir edib ki, kitaba hətta “utopiya” da demək olar.

“Sarı gəlin”də isə bizi gözləyə bilən qaranlıq aqibəti elə ustalıqla qələmə alıb ki, onu “antiutopiya” adlandırmaq da olmur.

Əli Əkbərin “Sarı gəlini” haqqında” üçün 9 şərh

  1. bu kitab sadece xeste , ozu de psixi xeste insanin texeyyulunden başqa bir şey deyil. Həkimlər bunu oxuyub menlə razilaşar yeqin. Eger haçansa autizm-ozune qapanmişxesteni, sizofrenik xestəni danışdiran insan bunu oxusa meni başa duşər. Yalniz onlar bele ideyalar qura biler, yalniz onlarin dusuncələri belə ola bilər. Eli ekbər ola bilsin özü şizofrenik deyil, amma 100% xeste insanlara söhbet edib onların fikirlərini yazıb, biraz da hazirki iqtisadi siyasi durumu tamam şişirdib tehrik ederek kitab çıxarıb. Acıyıram ona…. Cünkü ozü də yazdıqlarını möhteşəm hesab edirsə, hem de Azerbaycanda onu başa düşmədiklərini iddia edirse demek ki ozu de anormal insandir!! Hec bir normal insan bu anormal romanı ciddiye ala bilməz!! Azerbaycanda veziyyət bu dərəcədə gergin olsaydı, yazdıgı kimi etiraz edən her bir kese o cur zulm olunsaydı birinci bu zulmlər Eli Ekbərin özünə qarşı olmalıydı. Mehz bu yazdıqlarina görə ozu yaratdığı Laləzar ki qehramanların elində didilib parçalanmalıydı!!!!! Egər bu gun o sag salamatdırsa demek rahat danısa bilir!
    hə ola bilsin Azerbaycan demokratiya Avropada olduğu kimi deyil, Amma Eli Ekber kmi danışanlar da dar ağacindan asılmır. He ola bilsin Azerbaycanda qüsurlar var, Amma hakimiyyət bu dərəcədə qansiz deyil. Bu gun Azerbaycanda İnqilaba meyl eden gencler birliyi YOXDUR! Eger menle razi deyilsinizse deyin gorum ay dostlarimŞ haminiz gencsiniz inqilab etmek meyliniz var? ya etrafınızda siyasete aktiv qurşanan mitinqlerde can atan inqilab deyib qışqıran hansısa genci tanirisiniz? hec olmasa bircəciyi var aralıarinda?
    O dövrlər keçmişdə, çoc cox keçmişdə qaldı. he bu gün Azerbaycanda müxtəlif müxalif partiayalar, var bu da normaldı da. O ki qaldi Müxalifətin Eli ekberi desteklməyinə :))))) allah haqqi məzələniblər onunla :))) onlar da belkə onun yazdıqlarına gülürler, sadece kimsə lazmdır axı cıxıb ortalığa bir söz desin, bununda başı çatmır buraxıblar ortalığa, sora da Azerbaycandan göndəriblər ki yazıqsan hakimiyyət bir yana bu qara cammat öldurecek ele seni!
    Şexsen men görseydim tüpürerdim üzünə. Siyasete qarışmaq istəmirəm , amma mehz o 16+ yazib amma kitabı neşr etmeyekömek dedenler de bilir ki, mehz yeniyetme nesil siaysetdən anlayışı belə olmasa damehz o hedden ziyade abirsiz yazılara görə alacaq kitabı.Ona gore oxunacaq və bu arada da iqtidarla bağlı murdar fikirlərinə ianancaq. Yeniyetmeler axı tez inanir her seye! Meqsed onların beynin zeherlemekdi! buna göre ele tüpürərdim onun üzüne!! yaşı 30-35 ötmüş nesil isə bu kitabı sadece yaratdiği ses kuyə görə elinə alıb tüpürmüək isteyecek menim kimi yazıcının üzünə! Özü də bunu anlayır iş orasınddı :)))) ona görə kitab o sonluqla biitir! Amma orda da buna don geyindirir!-aY EXLAQSİZ CAMMAT SENI QARABAGı ELE BİL SEN VERMİSEN DEYE GUNHLANDIRMAYACAQ E, SENİ EXLAQSİZLİGINA GÖRƏ OZ BİLLƏTİNİ BU QEDER ALCALTMAQ İSTƏDİYİNƏ GORE DİDİB PARCALMAQ İSTEYECEK!!!!\

  2. Əli, sənə böyük təşəkkür edirəm. Sənin bir aktiv oxucu kimi fikirlərin bizə olduqca maraqlıdır. Doğurdan bu roman olduqca maraqlı bir əsərdir. Çoxları buna qarşı mənfi fikirlər söyləsələr də bu posmodern Azərbaycan ədəbiyyatda bir yenilikdir. Buna görə də Əli ƏKbəri təbrik edir, ondan yeni əsərlər gözləyirik…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma