Dikkens və Axundzadə işığında

M.F. Axundzadə

Bu il ingilisdilli dünya böyük ədib Çarlz Dikkensin 200 illik yubileyini qeyd edir. Azərbaycan üçün isə bu il başqa bir hadisə ilə də əlamətdardır – həm də böyük maarifçi Mirzə Fətəli Axundovun anadan olmasından 200 il keçir.

Bir az əvvəl “Nyu-York Tayms” qəzetinin saytında ABŞ Apelyasiya Məhkəməsinin məmuru Cozef Tartakovskinin yumoristik yazısını oxudum. Tartakovski yazır ki, Dikkensin böyük ürək ağrısı ilə təsvir etdiyi sosial bəlaların demək olar ki, hamısı onun mövludundan keçən 200 il ərzində öz həllini tapıb. Öz həllini tapmayan bir məsələ qalıb ki, o da “mürafiə vəkillərinin” məziyyətləridir.

Tartakovski çox məcazi yazsa da, sözlərində böyük həqiqət var. İngiltərə, eləcə də Dikkensi özünə doğma bilən digər anqlo-sakson cəmiyyətlərinin tərəqqisinə və hərəkiliyinə adam öz paxıllığını gizlədə bilmir. Bəs Axundovun böyük ürək ağrısı ilə təsvir etdiyi sosial bəlaları biz azərbaycanlılar 200 ildə həll edə bilmişikmi?

Bu günlərdə dostumuz, məşhur aktyor İlqar Cahangirov Facebook-da yazıb ki, yuxusunda güya Axundovu görübmüş və Axundov ona tənə edibmiş: “Utanmırsınız, hələ mənə 200 illik yubiley də keçirirsiniz. Güya nə dəyişib ki?”

Həqiqətən də İngiltərədə 200 il fiziki və mənəvi olaraq keçilib və yaşanılıb. Cəmiyyət zaman-zaman həm tərəqqi, həm də tənəzzül görüb, bir sosial problemi həll edib, yenisi ilə rastlaşıb, onu həll edib, digərinə tuş gəlib. İndiki problemlərini də həll edəcək və yeniləri ilə qarşılaşacaq.

Bizdə isə zaman sanki dayanıb. Daha dəqiq desək, yerində dairə vurur. Bu 200 il ərzində daha kimlər bizi islah etməyə çalışmayıb – Axundov orta məktəbi olmayan bir xalq üçün teatr tamaşaları yazıb, Zərdabi savadsız bir ictimaiyyət üçün qəzet çap edib, Hacıbəyov polifoniyadan xəbəri olmayan mədəniyyət üçün opera yaradıb, Mirzə Cəlil yumordan məhrum insanları güldürmək istəyib…

Amma Azərbaycan cəmiyyəti inadla yerində sayır. Paltarın ən dəblisini geyir, maşının ən yenisini sürür, mobil telefonun ən son modelini alır, amma təfəkkür tərzi dəyişmir ki, dəyişmir.

Bəlkə də qərəzliyəm, amma hərdən düşünürəm ki, xalqımız ancaq pis xüsusiyyətlərini təkmilləşdirir, cilalayır, zamanın sınağından keçirir. Bir sonrakı nəsil bir əvvəlki nəsil kimi düşünür. Bir nəslin hansısa müsbət nailiyyətləri digər nəsilə ötürülmür. Necə ki, Axundov zamanında yazırdı: “Lakin biləndə ki, gələcək nəsillər də bu eşşəklərdən törəyəcək, mənim gələcək nəsilə də inamım itir.”

2012-ci il bizim üçün çox əhəmiyyətli bir ildir – geriyə dönüb son 200 ildə keçdiyimiz həyat yolumuza nəzər salmaq və dərs çıxarmaq üçün. 200 ildir ki, biz mədəni dünya ilə davamlı təmasdayıq. 150 ildən çoxdur ki, Abbasqulu ağa Bakıxanovdan Firudin Allahverdiyə kimi maarifçilərimiz yolumuza işıq salmağa çalışır.

Papağımızı qarşımıza qoyub fikirləşməliyik.

Advertisements

3 Şərh

Kateqoriysı Azərbaycan

Dikkens və Axundzadə işığında” üçün 3 cavab

  1. Mansur

    Cox gözel.200ildi fikirlewirik.fikirlewmekden kecib.indi emelimizden göstermeyin zamanidi

  2. Gunay

    Axundov chox duz qeyd edib.“Lakin biləndə ki, gələcək nəsillər də bu eşşəklərdən törəyəcək, mənim gələcək nəsilə də inamım itir.” Azerbaycanda heqiqeten hal-hazirda 90% yashli neslin dushunce chox acinacaqli seviyyededir. Kor-korane siyasetden, dinden ibaret olan oz ciliz kuche sohbetleri ile ferehlenen yashli neslin numayendelerinin teessuf ki, sayi getdikce choxalir. Bunun da qarshisini mutalienin guclu teblighi ile almaq olar.
    Teshekkurler maraqli yazi uchun Ali bey.

  3. Dəyişməyən o təfəkkürə görə kimlərə “minnətdar” olmalıyıq əcəba?

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma