Uğurlu bloqçuluq üçün ipucları

Özüm bir bloqçu kimi yaxşı bilirəm – uğurlu bloqçu olmağın vahid resepti və ya təlimatı yoxdur. Amma bəzi ümumi prinsiplər tapmaq olar. Aşağıda buna cəhd edən bir siyahı verilib.

Siyahını 22 iyunda Zaqatalada və 23 iyunda Şəkidə IREX tərəfindən keçirilən bloqçuluq təlimlərinin iştirakçıları hazırlayıb, mən isə redaktə etmişəm. Buyurun – oxuyun, yararlanın və paylaşın!

  • orijinal, kreativ, yaradıcı olmalı
  • yeni məlumatlar verməli, orijinal məzmun yaratmalı
  • aktual məsələlərdən, hadisələrdən, problem və çətinliklərdən yazmalı
  • həqiqətləri yazmalı, təbliğatdan qaçmalı
  • sadə, anlaşıqlı, əlçatan olmalı
  • multimediadan (şəkil, audio, video) səmərəli istifadə etməli
  • auditoriyanı nəzərə almalı, kimlər üçün yazdığını bilməli
  • tərtibat, dizayn, görünüş baxımından cəlbedici olmalı
  • bir bloqda bir neçə dili qarışdırılmamalı
  • orfoqrafik və qrammatik qaydaları gözləməli
  • kommunikativ olmalı, oxucu ilə ünsiyyət qurmalı
  • provokativ olmalı – düşünməyə, hərəkətə vadar etməli
  • yazarın yaxşı şəbəkəsi olmalı, geniş şəbəkə yaratmalı
  • yazarın dünyagörüşü geniş olmalı, yaxşı yazmalı
  • bloqun reklamı, PR-ı düzgün qurulmalı
  • sosial şəbəkələrlə inteqrasiya olmalı
  • qeyri-formal, səmimi, bəzən də yumoristik olmalı
  • müntəzəm, mütəmadi yenilənməli
  • şəxsi təcrübəni paylaşmalı, səmərəli informasiya daşımalı
  • etik olmalı, tolerant davranmalı, nəzakəti gözləməli
  • böhtan, iftira və təhqirdən qaçmalı
  • qanunları, oturuşmuş qaydaları pozmamalı
  • müəllif hüququna və şəxsiliyə (privacy) hörmət etməli
  • zorakılığa, qanun pozuntusuna çağırış olmamalı
  • spamdan qaçmalı, qorunmalı və istifadə etməməli
  • istinad, keçid və linkləri yaddan çıxarmamalı

Uğurlu bloqçuluq üçün ipucları” üçün 3 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma