11 Mart avantyurası – nə itirdik, nə qazandıq?

11 mart / Abbas Atilay, RFE/RL

11 mart – “Böyük Xalq günü” gəldi. Nə baş verdi? 50-100 nəfər çıxdı aksiyaya, yarısı tutuldu, haqsız döyüldü, buraxıldı.

Nə dəyişdi? Bəlkə rejim zəiflədi? Qorxdu, çökdü? Əksinə, hökumət fürsətdən istifadə edib qaykaları daha da burdu. İki vacib institutu – NDİ və İnsan Hüquqları Evini itirdik, iki gənci – Cabbar və Bəxtiyarı uzunmüddətli həbs gözləyir. Üç gənc hələ də inzibati həbsdədi. Gəncədə 3 QHT ofisdən çıxarıldı. Rayonlardan artıq xəbərlər gəlir ki, olan-qalan yerli QHT-ləri sıxışdırmağa başlayıblar.

NDİ gənclər təşkilatları üçün böyük bir treninq başlamışdı – Dalğa, OL, Müsbət Dəyişiklik, Azad Gənclik və digər tələbə və gənc təşkilatları üçün capacity-building, strateji planlama, strateji idarəetmə, sair üzrə təlimlər keçirdi. Bu proqram baltalandı.

Neçə illər açılması uğrunda hərfi mənada mübarizə aparılan İnsan Hüquqları Evi bağlandı.

Hələ bilmək olmaz hökumət sabah hansı tədbirləri görəcək. 

Xaricdə oturub şüarçılıqdan, hakimiyyəti söyməkdən asan nə var ki? Yerlərdə vətəndaş cəmiyyəti, gənclərin azadlığı daha da daraldı – yaxın günlərdə hamımız bunu əyani görəcəyik.

İki gündür bunları başa salmağa çalışıram – qaragüruh mənə “ilhamı dəstəkləyən Əli novruzovlar”, “xalqın uşaqlarını qırğına verirsiz” deyir. Mənə deyirdilər ki, “4000 min adama barmaqarası baxıram.”

Hanı o “4000 min adam?”

Bəs 11 martdan nə qaldı? Bir xeyli şəkil, video, bir də kafe, restoran, çayxanalarda üç-dörd günlük söhbət üçün mövzu.

Real olaraq bu 11 mart avantyurasından həmin gün Bakıda etirazlarda iştirak edən gənclər özləri itirdilər. Amsterdamda, Berlində, Strasburqda, İstanbulda oturub “Facebook eventinin texniki işləri ilə məşğul oluram” deyənlər yox.

O gün Fərq TV-nin efirində “mən Bakıya niyə qayıdım? Qayıdım məni də tutsunlar?” deyən təşkilatçı yox. Nə də Work & Travel proqramı ilə Amerikaya gedib oradan siyasi sığınacaq alan və Nyu Yorkdan öz dəstək videosunu göndərən gənc yox.

Elnur Məcidli öz bloqunda yazıb ki, 11 martda təxribata uymayın, bir-birinizə SMS yazın, zəng edib təbrik edin, balkondan bayraq asın. Şəhərdə gəzməyə çıxın.

Yəni bütün bu həngamə sadəcə bunlar üçün idi? Təbrik SMS-i üçün?

Bir sözlə 11 mart – mənasız bolşevizm və reallıqdan uzaq bir qrup siyasi emiqrantın bəlkə də səmimi maksimalizmindən doğan avantyura idi.

11 Mart avantyurası – nə itirdik, nə qazandıq?” üçün 23 şərh

  1. “Araz bəy, axı özünüz yazdınız – 16 ildir Azərbaycandan kənardasınız, sizcə nə qədər obyektiv ola bilərsiniz?”.

    Əli müəllim, axı belə də yazmışam: “kimin nə qədər ağıllı, nə qədər uzaq görən, nə qədər qorxmaz olduğu deyil, ideyalarını toqquşması önəmlidir. arqumentlər döyüşsün, şəxsi xarakterləri kağız üstündə müzakirə eləmək mənasızdır”. arqumentlərimin nə qədər obyektiv olub olmadığını arqumentlərə baxaraq qərar verəbilərik. uzaqda olmağım bütün arqumentlərimi səhv çıxarmır. digər tərəfdən, bir məsələyə içindən baxmaq qədər uzaqdan baxmaq da obyektiv nəticə üçün önəmlidir.sevgilər, araz.

  2. Alinin dediklerinde cox boyuk heqiqet var. heqiqet deyerken faktlar hansi ki, men de demisem ama ictimai sekilde yox, cunki artiq o bir deste immiqrantla mubahiseden ebzmisdim. he oturub almaniyada turkiyede cagiris etmek eladir. ferq tvde meni niye tutsunlar sualini verende dusunmeli idi ki bes burdakilari niye tutsunlar sen oz qaygivi cekirsen niye bizden teleb edirsen? niye istanbul tesklatcilari isini universitetini atib gelmedi? risk elemirdiler he? ele men de bunu deyirdim… dalgacilarin hec biri istirak elemedi… men sadece umid edirdim ki yeni suar olar. umidim vardi yene. ama Ali demis hamisi sekil video populizm ad ucundur… Dalgacilar girib oturmusdular Asimin isti qucaginda

  3. Ali, bes sizin teklifiniz? Teshkilatlanmish miting, vaxt ve zaman ile? Ki butun sheherin polisi ve basqa muhafize quvveleri ora tokulushsun? Yoxsa oturub hansisa optimal sheraiti gozlemek? Ele sherait olmur..

    NDI, Insan Hüqüqlari Evi, QHT-ler… axi konkret neticesiz bunlar neye lazimdi? Insan hüquqlari nece pozulutdu ele de pozulur. Umumiyyetle, QHT-ler ile azdan-coxdan tanish adam kimi deye bilerem ki, onlarin ishinin boyuk hissesi menasizdi, teessuf ki.

    Cabbar Savalani da hadiselerden evvel hebs etdiler.

    Bilirsiz, bu mubarizede yaxshi yol yoxdu. Her halda hech kim mecburi kuchelere cixmamishdi, hami oz isteyi ile, ve onlar bilirdiler neye gedirler. Hemishe nese qurban verilmelidir. Sohbet ondadir ki, bu qurbanlari mumkun qeder menali etmek, ve umidvaram ki bu alinacaq.

    A la guerre comme a la guerre.

  4. Elshan-le raziyam. Her hansisa teshebusi tenqit edmek uchun sen gerek onu oz anlaminla tenqit edmekle yanashi gerek alternativ agilli teklif veresen. Isteyirsense burda her hansisa teklife mende oturum ne qeder istersense o qeder tenqiti fikirler deyim. Bize en lazimi bu deqiqe yaranmish passivliyi qirmaq lazimdi, ve mene bele gelirki bu tedbir buna mueyyen qeder nail oldu.

  5. Ali sen ayinin dostusan? Bu proses hansisa shekilde bashlamalidir, bu ve ya diger shekild. Proses bashlayandan sonra ise sen, eger, hegigeten semimi shekilde narazi kutlenin terefindesense, ona destek vermelisen. Bu tip yazilarnan insanlarin umidini girmag, hokumetin eline bayrag vermek lazim deeyil. Yazini hech beyenmedim.

  6. Yoldaşlar, tənqidlərinizə və təqdirlərinizə görə çox sağ olun. Onu deyim ki, bu yazıda məqsəd etirazlarda iştirak edən insanların cəsarətini kiçiltmək deyil. Əksinə, bu aksiyanın yetişməmiş, təşkilatlanmamış və zərəri xeyirindən çox olduğunu düşünürəm.

    Araz bəy, axı özünüz yazdınız – 16 ildir Azərbaycandan kənardasınız, sizcə nə qədər obyektiv ola bilərsiniz?

    Uğur hocam, mən bunu 10-u da, ondan qabaq da yazdım, mənim üçün “İlhamı dəstəkləyən Əli Novruzovlar” dedilər :(

  7. dünya üzərində heç kim tunisdə göy-göyərti küçə satıcısının özünü yandırması ilə başlayan qıvılcımın bu qədər həngamə qoparacağını təxmin edəbilməzdi. ondan öncə elə bu həngamə ümidiylə minlərcə insan, minlərcə yürüyüş, minlərcə nümayiş edir ancaq döyülməklə qalırdılar. indi əli novruzov deyir ki, mən bilirdim … davamı http://akildisi.wordpress.com/2011/03/12/11-mart-il%C9%99-n%C9%99-qazandiq/

  8. Ali harika tespitler yapmışsın… Kalemine sağlık, bunları 10 Martta yazmış olsaydın şu an ihanetle suçlanıyor olacaktın! Devam et, gelecek sen ve senin gibi mantıklı düşünen, emin adımlarla hareket eden gençlerle gelecek!

  9. Əli, səninlə tam razıyam! 11 Mart məsələsinin ən başlanğıcında analoji mövqedən çıxış etdim, amma görünür sənə nisbətən daha az tanınmağım səbəbilə məni facebook`da fostluqdan silməklə kifayətləndi narıncı gənclik.

    amma bir balaca düzəliş etmək istərdim. bunun bolşevizmlə heç bir əlaqəsi yoxdur, bu nəyiki var narıncıgüruh siyası qlamurdur, “biz indi burda flashmob düzəldəcəyik və hər şey yağ kimi olacaq”. lenini, trotskini oxusaydılar, bolşevizmlə tanış olsaydılar, çox şey fərqli olardı…

  10. Ali Novruzov sizin yazdiqlarinizda da heqiqet var. Belə bu rejimi yixmaq mümkün deyil. Lakin 11 Marti avantyura adlandirmaq düzgün olmaz. Belə ki ’11 MART’ yeni bir merhele ola biler. Indi fikir ayriligi vaxti deyil. Daha yaxsi teklifiniz ola biler, onda bunu bölüşün. Siz yazinizda yalniz tenqid etmisiniz. Men inaniram ki, yalniz birlikde islahatlara, deyişikliklere nail olmaq mümkündür.

  11. Çox məntiqsiz bir addım idi həqiqətən də. Nə bir plan, nə bir strategiya nə də məqsəd var idi. 15 nəfərin ora-bura qaçması ilə guya nə dəyişəcəkdi ki. Avropadan burdakı fanatikləri qızışdıranlar indi ortalıqda yoxdular… Maralıdı… Yəqin arxalarına yaslanaraq, bir əlində pop korn, digər əlində cola baş verənləri izləyirdilər… Məqsədlərinə çatdılar, camaatı qızışdırdılar.. və həbs etdirdilər…

  12. Sen narahat olma, bu aksiyanin hansi effekt vereceyini hele gelecek gosterecek. Ne teklif edirsen?, camaati shuluqluq edmeye sesleyerdiler? Hech kes hevesden dushmesin, bu chox agilli bir aksiya idi. Qoy gorsunler ki, gencler her sheyi gorur, basha dushur, ve buna agilli ve davamli shekilde etirazini teshkil edib ve lazimli insanlara chatdira bilir ve bunu geleceyde davam edmeyede chekinmirler.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma