Tarixi saxtalaşdıranlar yenə də iş başında

Sərdar bağı
Gəncədəki Sərdar bağı

Bu gün Azadlıq Radiosunda maraqlı yazı oxudum – Gəncədəki məşhur bir bağ barədə.

Deməli, 1847-ci ildə Qafqazın canişini (sərdarı) Qraf Mixail Semyonoviç Vorontsov əmr edir ki, Gəncədə möhtəşəm bir bağ salsınlar. Vaxtında bütün cənubi Rusiyada ən gözəl bağ hesab olunan bu yeri də gəncəlilər müvafiq olaraq Sərdar bağı, ya da Rus Sərdarının bağı adlandırırlar. Allaha şükür, bağ bu gün də öz yerindədir.

Amma işi-peşəsi tarixi saxtalaşdırmaq olan bir qrup (çox təəssüf ki, məqalədə onların kim olduğu aydın göstərilmir) indi ciddi-cəhdlə insanları inandırmağa çalışır ki, həmin bağ Cavad xan tərəfindən salınıb və adı da Xan bağıdır.

Yoldaşlara kimsə başa salmalıdır ki, feodal zehniyyətli Azərbaycan xanları, o cümlədən Cavad xan heç zaman rəiyyət üçün ictimai bağ-zad saldırmazdı, uzaqbaşı hərəmxanasında bir-iki kol əkdirərdi.

Bu pivəxana millətçilərinin əlindən hara gedək?

Tarixi saxtalaşdıranlar yenə də iş başında” üçün 8 şərh

  1. Qaqaş, xətrivə dəyməsin, ama çox uşaqsan, ya da çox çegevaraçısan.

    Azərbaycan xanları Qalalardan tutmuş Şəki Xan Sarayına qədər salımış, xana-xana evləri olan, bağları və imarətləri olan feodallar olub.

    Sual doğur ki – SƏN KİM OLMUSAN? =)

  2. İndicə Azadklıq radiosunda mənbə göstərdiyin yazını oxudum, elə ordaca qeyd edir ki “Bu bağ qalanın qarşısında qurulub. Qalanın qarşısı – qala düzü boş olur, orda müdafiə qurğuları olur, qalaya gələnlər görünsün deyə.”
    Gördüyün kimi rəiyyətin istirahəti üçün tikilməyib.

  3. Deməli belə.
    Bu yazdığınız faktlar bəlkə də doğrudur, amma sonda yazdığınız “feodal zehniyyətli Azərbaycan xanları, o cümlədən Cavad xan heç zaman rəiyyət üçün ictimai bağ-zad saldırmazdı” cümləsi yazınızı qərəzli edir.
    Bu cümlədən iki nəticə çıxır:
    Feodal olmaq faktının özü, park saldırmaq üçün şübhəli faktordu.
    Çar rusiyası kapitalist quruluşlu idi, ona görə də onun Canişininin “rəiyyət üçün ictimai park salması” ehtimali daha yüksəkdi.
    İndi icazə verin ehtimallarınızın ikisini də yanlışlayım. Tarixi biliklərim çox deyil, ona görə də misallarım çox olmayacaq, amma istənilən bir istisna, bir nəzəriyyəni yanlışlamağa kifayətdir.
    Şuşada da “Xan bağı” var və bu bağ Pənah xan tərəfindən salınıb.
    İkinci, mənim tanıdığım demək olar ki bütün qədim məşhur parklar kralların, monarxların, xanların və canişinlərin özləri üçün saldıqları parklar – öz sarayının həyəti vəs. olub.
    Bütün avropa ölkələrində olan Royal parklar, bizim elə bakıda olan Qubernator parkı, hamısı monarxlar tərəfindən salinmış şəxsi parklardır. Nobel qardaşlarının saldığı park isə bir az irəli gedib, yalnız kapitalistin öz həyəti deyil, ictimai istifadə üçün olub, o belə qətiyyən rəiyyət üçün nəzərdə tutulmayıb – ancaq Bakının xüsusi elitası -sürtük geyib, şlyapa qoymağa başlamış, avropalaşmaqda olan yeni burjuaziyası üçün olub.

  4. ali gadan alem. bu milletchiler helem helem bu pivexana milletchileri beyem o geder artib ki uje bezdiribler siz liberal kosmopolitleri?
    galdiki senin dediyin o ki feodal zehniyetli xan sohbetine. nezerne chatdirim ki. tiflisde iki park varki ele senin dediyin feodal zehniyetli azerbaycanlilar terefinden salinib. duzdur megsedini bilmirem heremxana uchun salinib ya ne ama salinif dana::)0
    biri indiki botanika bagi. esasini chelebi xanin oglu goyub o ki tiflisi biraz yonetdi.
    ikincisi tebrizli bir mushtehid terefinden salinib helemde mushtae parki deyirler.
    yani mence bu gederde milletchiliye garshi onyargili olma.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma