BBC-nin bu yaxınlarda verdiyi məlumata görə Somalidə islamçı yaraqlılar qəribə intellektual yarış keçiriblər. Ramazan münasibəti ilə Kismayu şəhərində təşkil olunmuş bu yarışda suallar İslam və Somali coğrafiyası haqqında olub, qaliblərə isə AK-47 avtomatları, əl qumbaraları və digər silah-sürsat hədiyyə olunub.
Yarışı təşkil edən əl-Şəbab qruplaşmasının nümayəndəsinin sözlərinə görə onların məqsədi gənclərin asudə vaxtını səmərəli təşkil etmək və öz torpaqlarını qorumağa həvəsləndirmək olub. Mükafatlandırma mərasimində çıxış edən qruplaşma üzvü Şeyx Abdullahi Əlhaq deyib ki, mükafatların silah-sürsat olmasının əsas səbəbi gəncləri Somalidə gedən müqəddəs müharibədə daha aktiv iştirak etməyə çalışmaqdır.
Şəhərin Farcano məhəlləsini təmsil edən qalib komandanın aldığı mükafatın ümumi dəyəri 1000 ABŞ dolları dəyərində olub.
Maraqlidi
Sonra da İslam dininə qarşı olan yanaşmada digər din mənsublarını qinayırıq. Qəribə məntiq var:
Bu insanlara heç vaxt sübut edə bilməzsən ki, onların fikirləri elə İslam dininin özünə yaddır. Gənclik də ki, Somalidə 10-11 yaşlarından başlayır, uşaqlardan ibarət orduda narkotiklərin təsiri altında “müqəddəs” mübarizədə bitir.