Azərbaycan Konstitusiyasının 7-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir”. Müvafiq olaraq icraedici hakimiyyət Prezidentə, qanunverici hakimiyyət Milli Məclisə və məhkəmə hakimiyyəti isə məhkəmələrə mənsubdur. Deməli bu, işin nəzəri tərəfidir. Bəs təcrübədə Azərbaycanda hakimiyyətlərin bölünməsi prinsipi necə işləyir?
Sözügedən prinsipin təcrübədə necə tətbiq edildiyinə nəzər salmaq üçün bir maraqlı metod hər bir hakimiyyət qanadının rəsmi mətbu orqanlarına nəzər yetirmək ola bilər. Belə ki, gəlin Prezident Administrasiyasının buraxdığı Xalq Qəzeti və Parlamentin buraxdığı Azərbaycan qəzetlərinin 18 sentyabr nömrələrinə baxaq. Maraqlıdır ki, hər iki qəzet ayrı-ayrı orqanları və hətta ayrı-ayrı hakimiyyət qollarını təmsil etsə də baş məqalənin adı sözbəsöz eynidir: “Prezident İlham Əliyev Milli Onkologiya Mərkəzinin Yeni Cərrahiyyə Korpusunun Açılışında İştirak etmişdir.”

Bu ikisi ilə Respublikaya daha ehtiyac qalmadı :)
Bəs Respublika qəzeti?