İslam dininə görə qidanın, içkinin və hətta bankçılığın halal və haramı olur, bəs görəsən axtarış sistemlərinin necə? Niderlanda yaşayan Reza Sardeha və bir qrup müsəlman tərəfdaşı iddia edir ki, bəli, bu mümkündür.
Uzun illərdir ki, bir çox mühafizəkar müsəlman ölkələri islam dininə zidd məzmunlu İnternet səhifələrinə girişi əngəlləmə praktikasından geniş istifadə edirlər. Google kimi böyük axtarış sistemlərinin təcrübəsində axtarış nəticələrini siyasi konyukturaya uyğun senzura etmə hallarına rast gəlinir, lakin dini və mənəvi dəyərlər baxımından hər hansı məhdudiyyətlər bir qayda olaraq olmur. Bu səbəbdən də onlar dindarların daim xüsusi tənqid hədəfindədirlər.
Lakin, Niderlandda çalışan bir qrup müsəlman proqramçı deyəsən bu əbədi problemə çarə tapmaqdadır. Reza Sardehanın rəhbərlik etdiyi bu qrup İnternet aləmində kiçik bir yeniliyə imza atıb – onlar axtarış nəticələrini halal və haram olmalarına uyğun olaraq təsnif edən axtarış sistemi yaradıblar.
Bəs “Mən halalam” adlanan bu sistem (ImHalal.com) necə işləyir? Sistemin müəllifləri bunun üçün xüsusi filtr yaradıblar – idealda bu mexanizm İslama zidd bütün açar sözləri öz haramlığına görə 3 qrupa ayırır.
Birinci və ikinci qrupa aid açar sözlərə rast gələn zaman (məs., şərab və donuz əti) sistem onların haram olması barədə istifadəçiyə xəbərdarlıq edir və məsləhət görür ki, yeni açar sözlər seçilsin. Lakin həmin istifadəçi istəyərsə açar sözləri dəyişmədən axtarış nəticələrinə davam edə bilər. Çünki Sardeha qeyd edir ki, İnternet vasitəsi ilə nə donuzu yemək, nə də şərabı içmək mümkün deyil.
Üçüncü qrupa daxil olan açar sözlər üçün isə axtarış nəticələrinə birdəfəlik blok qoyulub – belə sözlərə “porno” misal ola bilər.
Yazının hazırlanması zamanı PCWorld jurnalının materiallarından istifadə edilmişdir.
Razıyam, elə ona görə də o biri bloqumda bu yazıya şərh verəndə yazmışam ki, OK, I did understand the logic behind this brand-new “halal” search engine, but can now someone tell me its difference from censorship?
Yəni əslində bunun senzuradan fərqi nədir???
Tolerant baxışlarıma baxmayaraq, bunu ifratçılıq adlandırıram. Məhdudiyyət ifrat maraq doğurur. Bir de bu tipli məsələlər informasiyani məhdudlaşdırmadır