İnternetin 40, Bloggerin 10 yaşı oldu

Bu günlər İnternet istifadəçiləri iki vacib, lakin az tanınan tarixin ildönümünü qeyd edirlər – söhbət İnternetin 40 və Blogger.com bloq platformasının 10 yaşının tamam olmasından gedir. 

Düz 40 il əvvəl, 1969-cu ilin 2 sentyabrında Leonard Klaynrok başda olmaqla Los-Ancelesdəki Kaliforniya universitetinin əməkdaşları son dövrlərin bəlkə də ən mühüm ixtirasına imza atmış oldular – ilk dəfə olaraq İnternet vasitəsi ilə bir kompüterdən digərinə ismarış göndərdilər. Doğrudur, bu ismarışım mətni mənasız simvollardan ibarət idi, lakin o, İnternet erasının başlanğıcını qoymuş oldu.

Düz iki ay sonra, oktyabr ayının 29-da Klaynrok Los-Ancelesdəki Kaliforniya Universitetindən artıq Stanford Universitetinə internet vasitəsi ilə ilk mesaj göndərəcəkdi.

İnternetlə bərabər, bu günlərdə həm də məşhur Blogger.com platformasının 10 yaşı tamam olur. Bir çox bloqçunun sevimli platforması olan Blogger 1999-cu ilin avqust ayında istifadəçilərə təqdim edilmişdir. “Hər şeyi de!” kitabının müəllifi Skot Rozenberqin yazdığı kimi, Blogger internet məkana daxil olan kimi “beyin və veb səhifə arasında bütün maneələri aradan qaldırdı”.

2003-cü ildə Google şirkəti Blogger.com platformasını alanda onun hər ay 250,000 ziyarətçisi var idi, bu gün isə bu rəqəm 300 milyondan çoxdur.

Bayramınız mübarək, internet istifadəçiləri!

İnternetin 40, Bloggerin 10 yaşı oldu” üçün 2 şərh

  1. Dünyanın ən vacib, bu gün həyatımızı onlarsız təsəvvür edə bilməyəcəyimiz, birinin dünyaya gəlməsi o birindən əsaslı şəkildə asılı olan bu iki ixtira münasibətilə özümüzü və bütün internet istifadəçilərini təbrik edirəm.

    Şəxsən sizi də təbrik edirəm, fəal blogger kimi. Bayramınız mübarək!

    P.S. İngilis dilində olan bloqunuzu da izləyirəm

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma