Evsiz ol, bloqsuz olma

“Evsiz” dedikdə insan təsəvvüründə kimlər canlanır? Əyyaşlar, savadsızlar, söyüş söyən işsizlər? İqtisadi böhran səbəbindən işsiz qalıb sonra da öz evini itirən Kaliforniya sakini Brayanna Karp haqqında heç də bunları demək olmaz.

İqtisadi böhran Amerika iqtisadiyyatını sarsıdana qədər Brayanna Karp Kaliforniyanın İrvin şəhərində rahat və gəlirli bir iş yerinə malik idi. Ancaq keçən ilin iyulunda o, öz işini qəfildən itirməli olur. Bundan sonra xeyriyyə və müvəqqəti işlərlə özünə çörək pulu qazanan Brayanna kirayə haqqını verə bilmədiyindən tezliklə mənzilindən də məhrum olduqda atasından ona miras qalmış kiçik treylerə köçür. Eelə bu zaman onun ağlına gəlir ki, öz evsiz həyatı barədə bloq yazmağa başlasın və təcrübəsini digər evsizlərlə bölüşsün.

Brayanna hər ay 5 dollarlıq kart alaraq yerli Starbaks kafesindən öz bloqunu yeniləməyə başlayır və onun bloqu (Girlsguidetohomelessness.com) digər işsizlərin də marağını cəlb etməyə başlayır. Öz işini itirmiş insanlar Amerikanın hər tərəfindən onun bloquna daxil olur, şərh yazır, əhvalatlarını danışır və təcrübələrini bölüşürlər. Elə bu arada da Brayanna öz gələcək sevgilisi ilə tanış olur.

Günlərin bir günü Şotlandiyadan olan digər evsiz blogger Metyu Barns Tvitter sosial şəbəkəsində Brayannaya rast gəlir. Tezliklə onlar arasında onlayn ünsiyyət qurulur və Metyu imkan taparaq Amerikaya, yeni sevgilisinin yanına köçür. Bundan sonra Metyu və Brayanna birlikdə işləyir və bloq yazırlar. Onu da deyək ki, Metyu da öz evsizlik təcrübəsi haqqında bloqunda (Homelesstales.com) yazılar yazır.

Bu evsiz cütlüyün artmaqda olan onlayn şöhrəti ona gətirib çıxarır ki, dəbsevərlərin sevimli jurnalı olan Elle Brayannaya iş təklifi göndərir. Bundan sonra Brayanna jurnalın veb səhifəsi üçün bloq yazacaq. Eyni zamanda o, həm də dörd aylıq ödənişli praktika keçəcək.

Həm Brayannanın, həm də Metyunun bloqlarındakı son yazılar cütlüyün necə həyəcanlı olduğunu göstərir. Amerika isə deyəsən işsizliyin yeni simasını kəşf edib.

Bu məqaləni yazarkən Asoşieytid Pres agentliyinin məlumatlarına istinad edilmişdir.

Advertisements

3 Şərh

Kateqoriysı Azərbaycan

Evsiz ol, bloqsuz olma” üçün 3 cavab

  1. Khanim

    deyirem goresen bizimkiler yazsa nece olar… onda gerek hami yazsin bizde :))

    P.S. cox sagol yazilara gore. senin yazilarini oxumaq hemise xoshdur!

  2. Onlarda yenə internet o qədər ucuzdur ki, evsizlər bloq yazır. Bizdə o qədər bahadır ki, evlilər bilmir neyləsin “bir tikə” internetləri ilə :))

  3. Xoş sözlərə görə təşəkkürlər, Xanım xanım!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma