Azərbaycan mətbuatı: Dəyişən başlıqlar, dəyişən mövqelər

Nəzəriyyədə mətbuat tərəfsiz, balanslı və obyektiv olmalıdır – bəs görəsən bu prinsip Azərbaycan mətbuatına da aiddirmi? Gəlin 27 avqust tarixli qəzetlərin ön səhifələrinə baxaq.

Azərbaycan Respublikasının Milli Məclisin orqanı olan “Azərbaycan” qəzeti. Baş məqalənin adı: “Bakıda gimnastika kompleksinin təməlqoyma mərasimi keçirilmişdir. Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir.”

"Azərbaycan" qəzeti, 27 avqust, 2009
"Azərbaycan" qəzeti, 27 avqust, 2009

Müstəqil qəzet olduğunu iddia edən “525-ci qəzet”. Başlıqlara baxırıq: “Hüseyn Arabul: “Sərhədi keçəndə anlaqsız vəziyyətdə idim”” və ikinci başlıq – “Bakıda gimnastika kompleksinin təməlqoyma mərasimi keçirildi”.

"525-ci qəzet"
"525-ci qəzet", 27 avqust, 2009

Və nəhayət, Azərbaycan Xalq Cəbhəsi Partiyasının mətbu orqanı “Azadlıq” qəzetinin 27 avqust sərlövhəsi  – “Hüseyn Arabula qarşı “sərhəd əməliyyatı””

"Azadlıq" qəzeti
"Azadlıq" qəzeti, 27 avqust, 2009

Gördüyümüz kimi, qəzetin başlığı onun bağlı olduğu siyasi qüvvənin mövqeyini daha çox əks etdirir, nəinki jurnalist obyektivliyini; və təəssüf ki, mətbuat bizlərdə hələ də təbliğat mexanizmi və siyasi vasitə olaraq qalır.

Qəzetlərə görə Azərbaycan Media Mərkəzinə təşəkkürlər.

Azərbaycan mətbuatı: Dəyişən başlıqlar, dəyişən mövqelər” üçün 6 şərh

  1. Təmamilə doğrudur. İstədim ki, analoqu olmayan şərh yazım. Axi analoqu olmayan hər şey Azərbaycandan qaynaqlanır. Məsələn, analoqu olmayan 3G Azərbaycanda qurulacaq hələ. Amma, bəzi ölkələr 4G istifadə edir. Milləti avam yerinə qoyub, köhnə texnologiyaları, köhnə kif atmış ideyaları millətə sırıyırlar. Tikilən körpülərin analoqu yoxdur. Bəlkə bunlar analoq tipli texnologiyalarla rəqəmsal tipli texnologiyaları dəyişik salırlar?
    Körpülərdən söz düşmüşkən: Körpülər təzə-təzə tikilən zaman, Bir İngilis şirkəti gəlmişdi bura. Prezidentlə də görüşdülər. Adıni unutmuşam. Onlar təklif etdilər ki, beton körpülər moddan çıxıb, o qalıb 20-ci əsrdə. İndi daha yeni texnologiya ilə, sizin 1 ilə tikdiyiniz körpüləri 2-3 aya tikirik və yarı qiymətə. O şirkəti bizim analoqu olmayan nazirlərimiz və başbilənlərimiz elə qovdu ki, yazıqların daha səsi gəlmir. Vaxtım yoxdur ki, bu məsələni araşdıram və görəm ki, doğrudanda belə çey varmı və əgər varsa, niyə by millətin qan-tər içində qazandıqları və vergi kimi ödədikləri ictimai vəsaitləri bunlar göyə sovururlar?

  2. Əlbəttə, ağrılı məsələdir. Lakin, hal-hazırda bu problemin həlli yolu yoxdur. Hələ ki, bu cəmiyyətin özünün sosial sifarişidir. Niyə? Çünki, ölkədə nə cəmiyyət özü-özünü tənzimləyir, nə siyasət, nə də ictimaiyyət. Analoqu olmayan proseslər baş verir. Hətta təbiətə də zor tətbiq edilir. Bizim ölkədə təbitəin və fizikanın da qanunları öks işləyir. Bu doğrudan da analoqu olmayan məsələdir. O baxımdan, hər gün TV-lərdən eşitdiyimiz analoqu olmayan tikililər, kitablar, təqdimatlar, məktəblər, təhsil, savad hamısı həqiqətdir. Allah bizi növnbəti belə həqiqətlərdən qorusun! Hərdən mənə belə gəlir ki, bəlkə ən asan çıxış yolu elə qulaqlarımızı doldurduqlarına inanmaqdır. Sonra da düşünürəm ki, yox, hələ dünyanın axırı deyil. Mübarizəyə dəyər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma