Lent.az-ın verdiyi xəbərə görə müğənni Elza Seyidcahan heyvanlar üçün konsert verəcək. Bu barədə o özü show.az saytına aşağıdakıları deyib:
Heyvanlar üçün verəcəyim konsert tarixə düşəcək! Bu qeyri-adi konsertdə gərək, heyvanlar üçün xüsusi manejlər düzəldilsin. Onlar musiqi səs-küyündən qorxa bilərlər. Özüm “meymun” [ilindən] olduğum üçün, meymunlar mənə qabaq sırada qulaq asmalıdır!
Atların da iştirakını çox arzulayıram. Mənə elə gəlir ki, atlar musiqini daha çox duyur. Konsert söhbətindən sonra insanlar öz heyvanlarına bilet almaq üçün zəng edirlər! İnşallah, bu konsertdən sonra bəlkə mənim də adım Ginnesin rekordlar kitabına düşdü.
Maraqlidi! Bizim her problemimiz hell oldu, qaldi heyvanlara konsert vermeyimiz.Qeribe felsefedi!
Elza gördü ki, onun musiqisindən insanlar baş açmır, dedi bəlkə heyvanlar bir şey qana.