Gənc Arazın yazıçı olmaq iztirabları

Araz Bayramov, “Azad”. Bakı, Apostrof, 2011

Əgər yazdığınızın ədəbiyyata heç bir dəxli yoxdursa nə etməli? Çox sadə! Onu qətl edilmiş yazıçıya ithaf edin, siyasətə qarışdırın, ya da bir siyasi manifestə çevirin və ən əsası, insanların biganə olmadığı bir vicdan məhbusunu süjetə gətirin. “Filankəsin əsəri” deyilməsə belə, “Filankəs haqqında əsər” mütləq deyiləcək.

Söhbət “Cabbar haqqında kitabdan” – ya da Araz Bayramovun “Azad” əsərində gedir. Rafiq Tağıya ithaf edilmiş və süjet xətti o zamankı siyasi məhbus Cabbar Savalanlının ətrafında cərəyan edən bu kitab çox təəssüf ki, adicə qrafomaniya nümunəsidir. Məsələn, aşağıdakı cümləyə baxaq və özümüz üçün müəyyən edək – bu, ədəbiyyat nümunəsi ola bilərmi?

Bəlkə də bunun başqa bir səbəbi var, amma mənə elə gəlir, özümü bundan azad eləsəm, yəni bəzi vacib şeylər ilə əlaqədar zənn etməkdən, təsəvvür etməkdən imtina etsəm mənimçün daha yaxşı olar.

Şərh vermək istəmirəm, sadəcə onu deyim ki, bu cümlə əsərin üçüncü abzasında, kitabın beşinci səhifəsindədir (sic!). Kitab isə başdan-ayağa bu tərzdə təhkiyə olunan psevdo-fəlsəfi söhbətlər, kəmsavad vətəndaşların asudə vaxtlarında daldıqları fani dünya haqqında fikirlər ilə doludur.

Bir sözlə tipik qrafomaniya nümunəsi. Bəs bir qrafoman öz kitabını necə cəlbedici edə bilər? Təbii ki, onu siyasətə qatmaqla – Cabbar Savalan, inqilab söhbətləri, hələ solçulardan borca alınmış, kasıb-varlı müstəvisində populist söhbətləri demirəm. Belə ağır baqajla yüklənmiş kitab artıq bir partizan (yəni tərəfkeş) alətə çevrilir. Onu oxumaq, dəstəkləmək, yaymaq bir ədəbiyyat işi yox, əqidə işi, ideoloji məsələ, mübarizənin bir hissəsi olur.

Bu zaman kitabın ədəbiyyata məxsusluğu sualı kimin vecinədir ki? Gənc yazar qorxunc Əliyev rejimini ifşa edib və bu, artıq kifayətdir.

Nəzərə alsaq ki, bizim qrafoman cəmi 21 yaşındadır və o qədər də kitab baqajı yoxdur, etiraf etməliyik ki, çox yetkin və ağıllı qrafomandır.

Bir vaxt mənim haqqımda deyilən bir sözü parafraz etsək, bu ölkədə hər kəs nəsə yazır, amma hər yazan öz yazısı ətrafında şou düzəldə bilmir.

- – -

Kitab varlı bir ailənin dissident oğlunun dilindən nəql edilir və onun portreti kifayət qədər ziddiyətli və kompleks təsvir edilib. Sadəcə, obraz tamamilə sünidir – Azərbaycanda belə tipajlara nəinki rast gəlinmir, üstəlik həmin obraz tamamilə türk və Latın Amerikası seriallarının romantik-sentimental qəhrəmanlarının ümumiləşdirici sürətidir. Azərbaycan tematikasını çıxsaq, qarşımızda bir Rikardo və ya Eduardo peyda olacaq.

Digər bir vacib məqam, Araz Bayramovun təsvir etdiyi universitetlə bağlıdır. Mən də həmin universitetin həmin fakültəsini bitirmişəm. Və kitabdakı universitet, müəllim obrazları ilə tanış olduqca, onların real prototipləri gözümün qarşısına gəlirdi. Araz çox vicdansızcasına öz müəllimlərindən intiqam alıb, amma bu intiqamı da öz aləmində alıb. Bəlkə də 10 il sonra heç kim o prototiplərlə obrazları müqayisə edə bilməyəcək. İndi də çox az adam bu müqayisəni edə bilir. Amma bu müqayisəni edə bilənlər əcaib bir fakt qarşısında qalır – sanki müəllif dərsdən sonra çayxanada dostları ilə oturub müəllimlərin qarasınca danışır. Görəsən Araz tələbə vaxtı hansı mənəvi travmalara məruz qalıb ki, belə üsullara əl atıb?

Digər, amma çox vacib bir məqam – pornogörüntülər. Əsərin qəhrəmanı atasının pornogörüntülərini gizli yolla əldə edib onu şantaj edir və bu şantajla xeyirin qələbəsinə nail olmaq istəyir. Doğrudur, sonra baş qəhrəman öz səylərinin mümkünsüzlüyünü dərk edir və etdiyi əmələ görə ağır cəza alır, amma yenə də, fikrimcə, obrazın bu hərəkəti kifayət qədər mühakimə olunmur.

Biz bir tərəfdən hökumətin pornogörüntülər vasitəsilə vicdanlı insanları təqib etməsini pisləyirik, buna qarşı ən sərt ictimai qınaq sərgiləyirik, digər tərəfdən isə bizim yazarımız olmağa iddialı şəxs eyni əməlin hökumətə qarşı istifadəsinə haqq qazandırır. Tipik Makiavellist yanaşma ilə “məqsəd vasitəyə haqq qazandırır” fəlsəfəsini təbliğ edir. Bu, yolverilməzdir.

- – -

Və sonda onu qeyd edim ki, Araz tələsib. Kitabı oxuyarkən insanda belə təəssürat yaranır ki, sanki bu, həbsxanada yazılması nəzərdə tutulan bir əsər imiş, sadəcə müəllifin hövsələsi çatmayıb və tez qələmə alıb.

Üstəlik, Arazın bu sətirlərin müəllifinə dediyinə görə kitab onun “ikinci romanıdır”. 21 yaşlı gəncin artıq ikinci roman yazması nə qədər məqsədəuyğundur sualını sizin öhdənizə buraxıram. Ancaq bir onu deyə bilərəm ki, Arazın öz kitabını həsr etdiyi mərhum Rafiq Tağı ömrü boyu ancaq qısa hekayələr və esselər yazıb.

Yəqin yazar olmağın bir şərti də təvazökar olmaqdır, bu isə hələ ki, Arazda hiss edilmir.

About these ads

11 Şərh

Kateqoriysı Azərbaycan, Cəmiyyət, Ədəbiyyat

Gənc Arazın yazıçı olmaq iztirabları” üçün 11 cavab

  1. TIRET

    Osturagin mehebbete ne dexli?! Yawin edebiyyata ne dexli..
    Seymur Baycandan yaxwi yazirsa demek , gencimiz yazar sayila biler

  2. Turkan

    demek ki , Araz Seymur Baycandan yaxshi yazir sadece cox boyuk ayibdi.
    Diqqetle oxusaniz gorersiniz ki Eli burda yash meselesini haqqinda yazmayib. En pisi odu ki sirf dostumdu-tanishimdi deye insanlar tengidin qarshisin kesmek isteyirler, halbuki tenqid insani inkishaf etdiren amildi.

  3. TIRET

    Xanim, dostum falan deyil. Sadece munasibet bildirdim. O ki qaldi Seymur Baycana, 3 eserini oxumuwam, meqalelerini de hemcinin, beyenmirem.(Wexsi fikrim). Bele munasibet bildirmeyimin sebebi de odur ki, Seymurun ekser tenqidcilerin beyenmediyi eserini, Eli Ekberin ‘sari Gelini’ni hansi ki, ekseriyyet beyenmedi (siz onu bawa duwmursuz kimi rey bildirmeyin, ‘Artuw Zaur’ ondan samballi eserdir) eserini E.Novruzov terifleyir. Bele cixir ki, Eli beyden bawqa hami debildir, gerizekalidir, edeboyyat anlayiwi yoxdur?!

  4. Robinzon

    maraqli hetta cox maraqli tenqidi yazidir, eger biri 100-120 sehifelik cizmaqaraya roman deyirse onda onun yazici adina iddiasi absurddur.

  5. Ədəbi tənqid mütləqdir. Yazıçının formalaşmasında və inkişafında rolu danılmazdır. Bu hardasa yazıçının da uğurudur.

    Öhdəmizə buraxılan suala cavab verim. 21 yaşı var, bacarığı da varsa bu adam yazı yazmasın? Əlini qələmə atmaq üçün oturub yaşlanmağını gözləsin? Əlbəttə, yaş öz sözünü deyir, insan ələlxüsus incəsənət adamı daha çox təcrübə qazanır ki, bu da onun əsərlərində daha yaxşı yöndən özünü biruzə verir. Adam Vişnevskiy, Yesenin, Verber, Hüqo v. daha bir çoxları Arazdan da cavan ikən başlayıblar yazmağa, səbəbdir bu? Düşünürəm ki, Araz öz 40-50sində daha mükəmməl əsərlər yaza bilər. Amma bu gün sırf yaş səbəbindən əsər yazmamasının məqsədəuyğunluğu məntiqsizdir. Yazıçı təvazökardır yaxud təvazökar deyil bu da əsərin tənqidində istifadə olunmamalı bir nüansdır. Araz daxilən sadə bir insandır, bu da öz yerində.

    Düzü bu əsər ərsəyə gələndə onu C.Savalana həsr edilməməsini istəyirdim. Əvvəl yazıçının da belə bir fikri yox idi, səhv eləmirəmsə. Yəni bu kitab sırf olaraq Savalanın ətrafında cərəyan edən hadisələri özündə ehtiva etməyib.

    Universitet həyatını isə olduğu kimi yazıb. Bu faktları 20 il bundan sonra olduğu kimi qəbul edəcəklər ya etməyəcəklər…müqayisə edə biləcəklər ya yox..məncə, heç gərək də yoxdur. Heç bir yazıçı əsər yazanda fikirləşmir ki, təsvir etdiyi prototiplər oxucu kütləsinə bir neçə ildən sonra `tanış` gələcək mi..Əsərlər var – elə klassiklərdən də – biz orda cərəyan edən hadisə və iştirak edən obrazları bütünlüklə dərk edə bilmirik. Yalnız yazıçının təsviriylə başa düşürsən söhbət nədən gedir. Bu hal ədəbiyyata yad deyil.

    Əsər haqqında deyə bilərəm ki, bu gün Azərbaycanda məşhurlaşan bir çox romanlardan daha keyfiyyətlidir.Hələ bir nəzərə alsaq ki, yazarımızın cəmi 21 yaşı var..)))) Arazın bir çox yazılarıyla tanışam.Onun birinci romanı daha yaxşıdır, daha olqun və maraqlı yazılıb. bir neçə hekayələri var ki, romanlarından güclüdür hardasa.

    Sonda bir şeyi vurğulayım ki, Araz public qarşısına ən güclü əsərləriylə çıxmayıb, bu onun qələminin orta səviyyəli məhsuludur. Bunun çap olunmasının səbəbi də çox güman ölkədəki siyasi və ictimai vəziyyətdir.

    Hörmətlə.

  6. INSIDER

    MODERATORA ESHQ OLSUN

  7. Yash meselesini qabartmaq ucuzluqdur. Bundan daha ucuz mudafiye yoxdur. Eli, tebii ki yashla yazi yazmaq arasindaki elaqeni gozle bilir, gozel anlayir. Hech kese de “niye bu yashda eser yazirsan” demeyib. Diger bir terefden, 3-5 istisnani kenara qoysaq, 21 yashinda edebi chekisi olan eser yazmaq – ve sonra da bunun tenqid olunmasina qarshi chixmaq gulmelidir. Beli, 21 yash azdir. 21 yashda Azerbaycan genci oxumaqla meshqul olmalidir, emosiyalara qapilib inqilab-sayagi eserler yazmaga yox. Oturub qeleminin churumesini de gozlememelidir, amma ciddi edebiyyata bele tez iddia edecekse o zaman tenqidi de goz onune almalidir. Tebii ki, 3-4 kitab oxuyub ‘partizan’ eseri yazanda bunun edebi deyeri sual altina qoyulmalidir. Tekrar edirem, edebi deyeri. Tenqid bundan ibaretdir. Seymurla bunu muqayise etmek ise savadsizliqdir.

  8. Belə kitablar çoxdur… iki-üç nəfəri tərifləyib-tərifləyib bizə yazar deyə sırıyıblar… uşaqlar da baxıb haqqın yolunu tuturlar.

  9. Yaş məsələsinə gəlincə – oxuduğum elə bir son dövr Azərbaycan ədəbiyyatı nümunəsi yoxdur ki, səhvsiz olsun. Hətta biabırçı vəziyyətdədir də deyə bilərəm. Əgər 20 yaşı varsa və həqiqətən haqqını verə bilirse kitabın, onda qoy yazsın.. Belə də yazmaq olar, bir dövrdən sonra kitab da itəcək kitabyazan da…

    məni yandıran 3 səhifəlik “roman”lardır…

  10. Əli və Nino kitab mağazalarında Rafiq Tağının qətlinə aid də 21643246842 ədəd kitab var… oxuyanl da var yəqin :)))

  11. Gulara

    Kitabi oxumamisam ama Ali nin getirdiyi demir arqumentler, sitatlar ve faktlar. men de eshidende ki kitab yazib ve ozunu yazar adlandirir teeccublendim. :D 7 firin ekmek yemek lazim bunun ucun… cabbar movzusu ugursuzdur- qinamiram bu ushaq onun bunun etrafinda gorub baxdigi debil ideoloji insarla terbiyelenir… oz aleminde ifshaeden terefdir…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s