Əli Novruzovun bloqu

Analoqu olmayan bloq

Qara PR kampaniyasını necə qurmalı

with 6 comments

Əli Kərimli

Azərbaycan müxalifətinin liderlərindən biri – Əli Kərimliyə qarşı qara PR kampaniyasının qurulmasında Azərbaycan və Ermənistan mətbuatı sanki əməkdaşlıq edir.

Qarşıdan gələn noyabr ayında Azərbaycanda növbəti parlament seçkiləridir. Uzun çəkişmələrdən sonra ölkənin son iki müxalifət partiyası bir araya gəlməyi bacararaq seçkilərdə birgə iştirak üçün axır ki, blok yarada bilib.

Əli Kərimli də bu blokun liderlərindən biridir və həm də qara PR kampaniyalarının (qarayaxmaların) hədəfi olmaq kimi Azərbaycanda qəribə rekordun sahibi sayıla bilər.

İndi də, seçkilərə bir ay qalmış, digər bir qarayaxma kampaniyasının işartılarını özünü büruzə verməyə başlayıb. Qısa desək, Əli Kərimlini xarici qüvvələrlə sövdələşməyə girib Qarabağı satmaqda günahlandırırlar – güya qarşıdan gələn seçkilərdə ona dəstək müqabilində Əli Kərimli Qarabağ məsələsində istənilən güzəştə gedəcəyini “qərb dairələrinə” vəd edib.

Yaxşı, bəs bunu necə sübut etməli və xalqı buna necə inandırmalı?

İlk öncə, heç adı qədər real tirajı olmayan 525-ci qəzet bir məqalə dərc edir və bu məqalədə Əli Kərimlinin və ümumilikdə müxalifətin xalqa qarşı planlarından söhbət açır.

Daha sonra jurnalistik çevrələrdə qeyri-rəsmi olaraq Prezident Administrasiyasının resursu hesab edilən 1news.az saytında həmin məqaləyə istinadən başqa bir yazı dərc olunur ki, burada da hədəf birbaşa olaraq Əli Kərimlidir.

Bundan sonra Erməni mətbuatı xəbəri götürür və geniş dərc edir. Tipik başlıq – Azərbaycan müxalifət lideri Qarabağla bağlı istənilən güzəştə hazırdır, Azərbaycan mətbuatı xəbər verir. Xəbəri yayan mətbu orqanlardan biri PanArmenian hətta 525-ci qəzetin və 1news.az saytının adını da çəkir.

Əsas həngamə də bundan sonra başlayır. Sanki bir dirijorun işarəsi ilə Azərbaycan mediası və mətbuatı şok xəbəri ictimaiyyətə çatdırmağı özünə borc bilir. Tipik başlıq – Ermənistan mətbuatı xəbər verir ki, Əli Kərimli Dağlıq Qarabağ məsələsində istənilən güzəştə gedəcəyinə dair “qərb dairələrinə” vəd verib.

Hətta bizim sevimli, heç 525 tirajı olmayan 525-ci qəzet də APA-ya istinadən Erməni mətbuatının bu xəbərini oxucuya hölvnak çatdırır, amma nədənsə yadından çıxarır ki, elə həmin erməni mətbuatı öz növbəsində 525-ə istinad edir :)

Written by Ali S. Novruzov

Oktyabr 1, 2010 at 9:27 PM

6 Cavab

Subscribe to comments with RSS.

  1. Xezer TV nin de sherefsiz hereketini elave etmek isterdim.

    Niko

    Oktyabr 1, 2010 at 9:40 PM

  2. Xatirimdədir, Ermənistanda prezident seçkiləri olanda koçaryan-sarkisyan komandasının Ter-Petrosyana qarşı istifadə etdikləri arqumentlərdən biri, sonuncunun Azərbaycan mediası, azərbaycan cəmiyyəti tərəfindən arzuolunan olması idi.

    Yəqin indi ermənilər bizimkilərə borcu qaytarırlar :)

    aligenjevi

    Oktyabr 2, 2010 at 9:45 AM

  3. Her sey cemiyyetimizin deyishikliye hazir olmasi seviyyesinden asilidir. Eger cemiyyet deyishikli arzusunda olsa hech bir qara piar hech bir lider uchun tehlukeli deyil, eksine ele piardir.

    Yashar Ceferli

    Oktyabr 3, 2010 at 9:39 AM

  4. [...] the Armenian and Azerbaijani media, some such as aligenjevi [AZ] at least noted the irony in a comment left on the Azerbaijani version of the first blog quoted in this post. Xatirimdədir, Ermənistanda prezident seçkiləri olanda [...]

  5. [...] Armenian and Azerbaijani media occurred, some such as aligenjevi [AZ] at least noted the irony in a comment left on the Azerbaijani version of the first blog quoted in this post. Xatirimdədir, Ermənistanda prezident seçkiləri olanda [...]

  6. [...] aza, ny sasany toy ny aligenjevi [AZ] dia mba nanamarika farafaharatsiny ny esoeso tao anatina fanehoankevitra iray napetraka tao amin'ny andiany amin'ny teny Azerbaijani amin'ny bilaogy voalohany voatanisa ao anatin'ity lahatsoratra ity. Xatirimdədir, [...]


Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s