Azərbaycanda hakimiyyətlərin bölünməsi

Azərbaycan Konstitusiyasının 7-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir”. Müvafiq olaraq icraedici hakimiyyət Prezidentə, qanunverici hakimiyyət Milli Məclisə və məhkəmə hakimiyyəti isə məhkəmələrə mənsubdur. Deməli bu, işin nəzəri tərəfidir.  Bəs təcrübədə Azərbaycanda hakimiyyətlərin bölünməsi prinsipi necə işləyir?

Sözügedən prinsipin təcrübədə necə tətbiq edildiyinə nəzər salmaq üçün bir maraqlı metod hər bir hakimiyyət qanadının rəsmi mətbu orqanlarına nəzər yetirmək ola bilər. Belə ki, gəlin Prezident Administrasiyasının buraxdığı Xalq Qəzeti və Parlamentin buraxdığı Azərbaycan qəzetlərinin 18 sentyabr nömrələrinə baxaq. Maraqlıdır ki, hər iki qəzet ayrı-ayrı orqanları və hətta ayrı-ayrı hakimiyyət qollarını təmsil etsə də baş məqalənin adı sözbəsöz eynidir: “Prezident İlham Əliyev Milli Onkologiya Mərkəzinin Yeni Cərrahiyyə Korpusunun Açılışında İştirak etmişdir.”

Azərbaycan və Xalq qəzetləri, 18 sentyabr, 2009

Azərbaycan və Xalq qəzetləri, 18 sentyabr, 2009

About these ads

2 Şərh

Kateqoriysı Azərbaycan, Cəmiyyət, Mətbuat

Azərbaycanda hakimiyyətlərin bölünməsi” üçün 2 cavab

  1. nalab

    Bəs Respublika qəzeti?

  2. Bu ikisi ilə Respublikaya daha ehtiyac qalmadı :)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s